Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-05-2024 , 18:56

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Bələdiyyə sədri: “Altıağac qəsəbəsində poçt şöbəsinin səbəbsiz yerə bağlanması nəticədə  vətəndaşlarımızın, həmçinin bələdiyyə vergilərini ödəməsinə ciddi çətinlik yaradıb”

“Xızı rayonu Altıağac bələdiyyəsinə, demək olar kı, vətəndaşların hər gün hər hansı problemlə bağlı müraciətləri olur. Vətəndaşlara bələdiyyədə elə  şərait yaradılıb ki, istənilən məsələ ilə bağlı bələdiyyəyə müraciət edir. Hər kəs sərbəst şəkildə bələdiyyəyə dərdin deməyə gəlir”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Orxan Nağıyev deyib.   

Sədr daha sonra qeyd edib ki, bizdə öz növbəmizdə bələdiyyəyə aid müraciətləri qeydiyyata alıb baxılması üçün nəzarətə götürürük. Digər müraciətlər isə aidiyyatı üzrə yönləndirilir. Lazım olduqda qurumların rəhbərləri ilə əlaqə yaradıb problemin sürətli həlliylə bağlı müraciətlər olur.

Müraciətlər əsasən vətəndaşların köhnə sənədlərinə yeni elektron çıxarışın alınması, torpaq sahiblərinin qonşu mülkiyyətçilərlə sərhədlərinin müəyyən olunmasına köməklik edilməsi, işsizlərin işlə təmin olunmasına köməklik olunması, sahibsiz itlərlə bağlı yaranmış problemin həlli, küçələrin işıqlandırılması və.s kimi müraciətlər olur. Küçələrin işıqlandırılması tərəfimizdən 70% demək olarkı öz həllini tapıb.

Sakinlər tərəfindən pərakəndə atılmış məişət tullantılarının təmizlənməsi bu sahədə vətəndaşlarla maarifləndirici görüşlərin keçirilməsi ilə bağlı gündəlik məşğul oluruq.

Hazırda qəsəbədə fəaliyyət göstərən Poçt şöbəsi səsəbsiz yerə bağlanıb. Nəticədə  vətəndaşlarımızın kommunal ödənişləri, bələdiyyə vergilərini ödəməsinə ciddi çətinlik yaradıb. Ərazidə ödəmə terminalı belə yoxdur. Tərəfimizdən  ödəniş terminallarının quraşdırılması ilə bağlı şirkətlərə qaynar xətləri vasitəsilə müraciət olunub.

Elektron çıxarış alınması və torpaq sahələrinin sərhədlərinin təyin olunmasında vətəndaşlara dəstəyimiz daim olur.

Ümumilikdə vətəndaş məmnunluğunun təmin olunması üçün əlimizdən gələn nə varsa edirik.

Belediyye.info 


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər