Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-04-2023 , 20:17

2768

Son xəbərlər

Bütün xəbərlər

Təsadüfün yaratdığı zəruriət...

Gündəlik Xəbərlər
22-06-2025

Gərəkli olmağı bacaran insan  

Gündəlik Xəbərlər
21-06-2025

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Region
- +

Goranboy bələdiyyələri ötən il 51 min manatlıq torpaq satışı həyata keçiriblər

Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2022-ci ildə Goranboy rayonunda formalaşan 47 bələdiyyənin büdcə gəliri 358.100 manat olub. Bu 2021-ci llə müqayisədə 29  faiz çox deməkdir. Qeyd edək ki, bu rəqəm ölkə üzrə orta statistik rəqəmdən iki dəfə artıqdır.

Əldə edilən gəlirin 40.9 faizi vergilərdən, 59.1 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 27.3 faizi torpaq, 13.6 faizi əmlak vergisindən daxil olub.

Goranboy bələdiyyələrinin büdcə gəlirinin 32.6 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub. Goranboy bələdiyyələri 51.200 manatlıq torpaq satışı həyata keçiriblər. Bu da ötən illə müqayisəfə 3 dəfə çox deməkdir. İl ərzində Göranboy  bələdiyyələrinə 85.100 manat dotasiya ayrılıb. Bununla yanaşı bələdiyyə büdcəsinə il ərzində avtodayanacaqlardan 300 manat vəsait daxil olub. ,  

Bələdiyyə müəssisələrinin mənfəət vergisindən,  bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar  və ya səyyar ticarətdən, daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən  bələdiyyə büdcəsinə hər hansı maliyyə vəsaiti daxil olmayıb. 

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz