Goranboy bələdiyyələri ötən il 51 min manatlıq torpaq satışı həyata keçiriblər
Dövlət Statistika Komitəsindən
Belediyye.infoya daxil olan məlumata görə, 2022-ci ildə Goranboy rayonunda
formalaşan 47 bələdiyyənin büdcə gəliri 358.100 manat olub. Bu 2021-ci llə müqayisədə
29 faiz çox deməkdir. Qeyd edək ki, bu rəqəm ölkə üzrə orta
statistik rəqəmdən iki dəfə artıqdır.
Əldə edilən gəlirin 40.9 faizi vergilərdən,
59.1 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 27.3 faizi torpaq, 13.6 faizi
əmlak vergisindən daxil olub.
Goranboy bələdiyyələrinin büdcə gəlirinin 32.6 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub. Goranboy bələdiyyələri 51.200 manatlıq torpaq satışı həyata keçiriblər. Bu da ötən illə müqayisəfə 3 dəfə çox deməkdir. İl ərzində Göranboy bələdiyyələrinə 85.100 manat dotasiya ayrılıb. Bununla yanaşı bələdiyyə büdcəsinə il ərzində avtodayanacaqlardan 300 manat vəsait daxil olub. ,
Bələdiyyə müəssisələrinin mənfəət vergisindən, bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar və ya səyyar ticarətdən, daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən bələdiyyə büdcəsinə hər hansı maliyyə vəsaiti daxil olmayıb.
Belediyye.info
Rəylər
0 Rəy