Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

14-08-2026 , 00:43

122

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Ziya Kərimov: “Əsas hədəfimiz əhali tərəfindən vergi borclarının ödənilməsini təmin etməkdir”

“Kürdəmır rayonunun, Karrar qəsəbə bələdiyyəsi 2026-cı ilin birinci yarımilliyində büdcə gəlirinin ümumi həcmi  28.608 manat olub. Əldə etdiyimiz bu rəqəm 2025-ci illə müqayisədə iki dəfə, 2024-cü illə müqayisədə isə  17 dəfəyədək artıq olub”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Ziya Kərimov deyib.  

Sədr qeyd edib ki, bunlardan 13.057 manatı torpaq vergisindən, 208 manatı əmlak vergisindən,  2.667 manatı bələdiyyə mülkiyyətinin icarəsindən, 12.676 manatı isə bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən daxil olub.

2025-ci ilin birinci yarımilliyində cəmi 9.614 manat əldə olunub ki, bunlardan 1.944 manatı torpaq vergisindən, 166 manatı əmlak vergisindən,  7.394 manatı bələdiyyə mülkiyyətinin icarəsindən, digər xidmətlərdən isə 110  manat daxil olub.

2024-cü ilin birinci yarımilliyində isə cəmi 1.525 manat əldə olunub ki, onunda 995 manatı torpaq vergisindən,  530 manatı isə bələdiyyə mülkiyyətinin icarəsindən daxil olub.

Sədr qeyd edib ki, ötən dövr ərzində DSMF-yə olan borc kollektivin birgə səyi ilə ödənilmişdir. Belə ki, 01.01.2025-ci ilədək 8.336 manat, 2026-cı ilin mart ayında 3.944 manat ödənilmişdir. Aprel ayından artıq DSMF-yə olan borc sıfırlanmışdır.

Sədr bildirib ki, bələdiyyənin əldə etdiyi maliyyə vəsaiti  hesabına inzibati ərazidə bir sıra layihələr icra edilib. Belə ki, yağış sularının axıdılması məqsədilə 4.330 metr uzunluğunda arxlar lildən təmizlənmişdir.  Sədr əlavə edib ki, bələdiyyə ərazisində mütəmadi olaraq məişət tullantıları yığılaraq zibil poliqonuna daşınmasına dəstək verilir.  Ötən dövr ərzində Qurban və Novruz bayramlarında şəhid və qazi ailələrinə, o cümlədən aztəminatlı ailələrə maddi və mənəvi dəstək göstərilmişdir. Bununla yanaşı kəndarası yolların təmirinə çınqıl  tökülüb, kənd ərazisində aparılan abadlıq işlərinə bələdiyyə tərəfindən köməklik göstərilmişdir.

Sədr əsas hədəfin əhali tərəfindən vergi borclarının ödənilməsini təmin etmək olduğunu qeyd edib. Bunun üçün vergi xidmətinin əməkdaşları  sakinlər arasında maarifləndirilməsini daim həyata keçirir.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

İnanıram ki,...

Region
09-05-2026
1775