Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

23-07-2026 , 19:31

129

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

QHT-nin növbəti görüşü Xaçmaz bələdiyyəsində olub

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi  QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bələdiyyələrin maddi-mədəni irsin öyrənilməsi və təbliğində rolunun gücləndirilməsi” layihəsi çərçivəsində Xaçmaz bələdiyyəsinin inzibati binasında keçirilən növbəti görüşdə bələdiyyənin sədri Tural Məlikov, habelə bələdiyyə qulluqçuları yaxından  iştirak ediblər.

Görüş iştirakçılarının qeydiyyatından sonra ictimai birliyin sədri Vüqar Cəfərov  iştirakçılara layihənin icrası, məqsədi və vəzifələri barədə  ətraflı məlumat verib.  Bu görüşədək artıq Cəlilabad, Masallı,  Yardımlı,  Siyəzən və Şabran rayonlarında hər birində iki gün olmaqla davam edən çoxsaylı görüşlərin keçirildiyini, maddi-mədəni irs nümunələrinin ziyarət edildiyini, o cümlədən hər bir görüşdə bələdiyyələrin üzv və qulluqçuları tərəfindən  maraqlı təkilflərin səsləndirildiyini qeyd edib.

Vüqar Cəfərov çıxışında Xaçmaz rayonunun maddı-mədəni irs abidələrinin öyrənilməsi, qorunması və təbliği istiqamətində bələdiyyələrində üzərinə müəyyən məsuliyyət yükünün düşdüyünü də qeyd edib.

Xaçmaz bələdiyyəsinin sədri Tural Məlikov qeyd edib ki, maddi-mədəni irsimizin qorunmasında bələdiyyə də maliyyə imkanları çərçivəsində  öz dəstəyini əsirgəməməlidir. Hazırda  bu istiqamətdə əsas fikrimiz  bələdiyyə tərəfindən muzeyin eksponat fondunun zənginləşdirilməsi ilə bağlı töhfəmizi vermək üçün müəyyən danışıqlar aparıldığını qeyd edib. Lakin bu gün bələdiyyənin maliyyə çətinlikləri ilə üz-üzə qalması nəticəsində nəzərdə tutulan layihələrin icrasını ləngiyir. Bir tərəfdən bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsi ilə bağlı proseslərdəki çətinliklər, üstəlik əmlakın qiymətləndirilməsi ilə bağlı yaranan problemlər bələdiyyənin büdcə gəlirlərinin azalmasına səbəb olub. Bu gün ərazidə olan əmlakın 50 faizdən artıq hissəsinin  çıxarışının olmaması, üstəlik çıxarışı olanların isə yalnız yarısının vergiyə cəlb edilməsi nəticədə bələdiyyənin vergi borcunun artırmış olur. Bununla yanaşı bələdiyyə rühdan düşmür və vergi-üçot sisteminin təkmilləşdirilməsi üçün var qüvvəsini səfərbər etməkdədir. Büdcə gəlirlərimizi artırmaqla biz nəticədə maddı-mədəni irsimizin qorunmasına, mühafizəsinə və daha da zənginləşdirilməsinə öz töhfəmizi verəcəyik. Hazırda bələdiyyənin əsas məqsədlərindən biri də budur.    

Rayonda formalaşan 13 bələdiyyənin hər birinin maddi-mədəni irisimizin qorunmasında öz töhfəsini verməyə hazır olduğunu qeyd edən sədr görüşdə bu bələdiyyələrin hər birinin muzeyin eksponat fondunun zənginləşdirilməsinə maraqlı olduqlarını qeyd edib.

Sonda görüş iştirakçıları mövzu ətrafında öz fikir və mülahizələrini bildiriblər. Yekunda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

İki günlük səfər çərçivəsində həm bələdiyyənin həyata keçirdiyi layihələrə baxış keçirilmiş, həm də Xaçmaz tarix-diyarsünaslıq muzeyində, habelə bir sıra maddi - mədəni irs nümunəsi ilə, o cümlədən Xaçmaz Dəmiryol vağzalında aparılan təmir-bərpa işləri ilə tanış olaraq əraziyə baxış keçirilmişdir.

Qeyd edək ki, dəmiryol vağzalı   dövlət tərəfindən qorunan daşınmaz tarix-mədəniyyət abidələrinin rəsmi siyahısında 4297 nömrə ilə yerıi  əhəmyyətli abidə kimi qeydiyyata alınmışdır. Xatırladaq ki, rayon ərazisində 17 maddi mədəni irs nümunəsi yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi kimi qeydə alınmışdır.

Layihə çərçivəsində növbəti görüşlərin   Quba, İsmayıllı və  Oğuz rayon bələdiyyələrində keçirilməsi nəzərdə tutulmuşdur.

Əlavə edək ki, “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi 2009-cu ilin dekabrında təsis edilmiş və  2010-cu ilin fevral ayında rəsmi dövlət qeydiyyatına alınmışdır. 2011-ci ildən başlayaraq aktiv fəaliyyətə başlayaraq bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsinə söykənən layihələrin icrası ilə məşğuldur.

Belediyye.info

 

 

 


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər