Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

14-06-2026 , 18:31

106

Son xəbərlər

Bütün xəbərlər

Sədr qəbul keçirib

Region
12-06-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Fidan Fərzəliyeva   “Son zəng” tədbirində iştirak edib

Şabran bələdiyyəsinin sədri Fidan Fərzəliyeva Şabran şəhər Məmmədağa Nəzirov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən “Son zəng” tədbirində iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin azadlığı, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Şabran bələdiyyəsinin sədri Fidan Fərzəliyeva məzunları həyatlarının ən yaddaqalan günlərindən biri münasibətilə səmimi qəlbdən təbrik edib, onlara gələcək təhsil və peşə həyatlarında uğurlar arzulayıb. O bildirib ki, bugünkü məzunlar Azərbaycanın sabahını quracaq, ölkənin inkişafında mühüm rol oynayacaq gənclərdir və onların vətənə bağlı, savadlı, yüksək mənəvi dəyərlərə malik vətəndaşlar kimi yetişməsi hər birimizin əsas arzusudur.

Fidan Fərzəliyeva gənclərin hər zaman dövlətimizin diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayaraq, onların öz bilik və bacarıqları ilə ölkəmizin tərəqqisinə töhfə verəcəklərinə əminliyini ifadə edib.

Tədbir zamanı məktəbin pedaqoji kollektivinin uzun illər ərzində göstərdiyi əməyi yüksək qiymətləndirilib, müəllimlərə gənc nəslin təlim-tərbiyəsində göstərdikləri fədakar fəaliyyətə görə təşəkkür edilib. Həmçinin məzunların yetişməsində böyük zəhməti olan valideynlərə minnətdarlıq bildirilib.

Sonda məzunlara gələcək həyat yollarında uğurlar dilənib, onların daim yüksək zirvələri fəth etmələri, Vətənə layiqli övladlar kimi ölkəmizin inkişafına xidmət etmələri arzu olunub.

Tədbir şagirdlərin hazırladıqları bədii kompozisiyalar, musiqi nömrələri və “Son zəng” ənənəsinin simvolik zəng çalınması ilə yadda qalıb. 

Şabran bələdiyyəsi











Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyə sədri qəbul keçirib

Region
05-04-2026
816