Sədr: “Bu vergi və rüsum tariflərinin yenidən baxılmasına ehtiyac duyulur”
“Bu gün hər bir bələdiyyə büdcə gəlirlərini artırmaq üçün BAMS proqramının verdiyi imkanlardan iazmı səviyyədə istifadə etməlidir”- bu fikirləri Masallı rayonu, Boradigah bələdiyyəsinin sədri Tünzalə Qardaşova deyib.
Sədrin
sözlərinə görə, əldə olunan büdcə gəlirlərindən də göründüyü kimi,
Adminstrasiyanın bələdiyyələrlə iş sektorunun təşkilatçılığı, ABMA və “Bələdiyyələrə
onlayn xidmət” mərkəzinin iştirakı təkmilləşdirilən BAMS-proqramının ƏMDX məlumat
sisteminə inteqrasiya edilməsi öz bəhrəsini verməkdədir.Etiraf edilməlidir ki,
bu gün bələdiyyələrin əldə etdiyi uğurlarda BAMS proqramının Əmlak Məsələləri
Dövlət Xidmətinin məlumat sisteminə inteqrasiyası edilməsinin mühüm rolu var.
Sədr qeyd edib ki, Nazirlər Kabinetinin 11 mart Qərarı yerli vergilərın
artırılması istiqamətində atılan növbəti addımdır. Hazırda bələdiyyələr
qarşısında dayanan əsas vəzifə bələdiyyənin vergi-uçot sisteminin tələb olunan
səviyyədə qurulmasına nail olmaqdır. Və nəzərə alsaq ki, növbəti ildən
bildirişlərin onlayn qaydada göndərilməsi artıq qanunvericilik qaydasında öz təsdiqini
tapıb, demək bələdiyyənin üzərinə düşən məsuliyyət yükü bir qədərdə artır.
Ancaq daha böyük uğura imza atmaq, vətəndaşın qaldırdığı məsələlərin, üzləşdiyi problemlərin aradan qaldırılmasında bələdiyyələrə ödənilən vergi və rüsum tariflərinin yenidən baxılmasına ehtiyac duyulur və bu addımın atılması hər bir bələdiyyəyə öz büdcəsini lazımı səviyyədə formalaşdırılmasına dəstək vermiş olacaqdır.
Belediyye.info
Rəylər
0 Rəy