Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

05-06-2026 , 09:18

121

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Sədr: “Bu vergi  və rüsum tariflərinin yenidən baxılmasına  ehtiyac duyulur”

“Bu gün hər bir bələdiyyə büdcə gəlirlərini artırmaq üçün BAMS proqramının verdiyi imkanlardan iazmı səviyyədə istifadə etməlidir”- bu fikirləri Masallı rayonu, Boradigah bələdiyyəsinin sədri Tünzalə Qardaşova deyib.

Sədrin sözlərinə görə, əldə olunan büdcə gəlirlərindən də göründüyü kimi, Adminstrasiyanın bələdiyyələrlə iş sektorunun təşkilatçılığı, ABMA və “Bələdiyyələrə onlayn xidmət” mərkəzinin iştirakı təkmilləşdirilən BAMS-proqramının ƏMDX məlumat sisteminə inteqrasiya edilməsi öz bəhrəsini verməkdədir.Etiraf edilməlidir ki, bu gün bələdiyyələrin əldə etdiyi uğurlarda BAMS proqramının Əmlak Məsələləri Dövlət Xidmətinin məlumat sisteminə inteqrasiyası edilməsinin mühüm rolu var.
Sədr qeyd edib ki, Nazirlər Kabinetinin 11 mart Qərarı yerli vergilərın artırılması istiqamətində atılan növbəti addımdır. Hazırda bələdiyyələr qarşısında dayanan əsas vəzifə bələdiyyənin vergi-uçot sisteminin tələb olunan səviyyədə qurulmasına nail olmaqdır. Və nəzərə alsaq ki, növbəti ildən bildirişlərin onlayn qaydada göndərilməsi artıq qanunvericilik qaydasında öz təsdiqini tapıb, demək bələdiyyənin üzərinə düşən məsuliyyət yükü bir qədərdə artır.  

Ancaq daha böyük uğura imza atmaq, vətəndaşın qaldırdığı məsələlərin, üzləşdiyi problemlərin aradan qaldırılmasında bələdiyyələrə ödənilən vergi və rüsum tariflərinin yenidən baxılmasına ehtiyac duyulur və bu addımın atılması hər bir  bələdiyyəyə öz büdcəsini lazımı səviyyədə  formalaşdırılmasına dəstək vermiş olacaqdır.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

İnanıram ki,...

Region
09-05-2026
1399