Şabran bələdiyyəsinin əməkdaşları tərəfindən 44 günlük Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin igid əsgəri, Şabran rayonunun qəhrəman oğlu Xəyal Əliyulla oğlu Həsənovun ailəsi ziyarət olunub.
Ziyarət zamanı şəhidimizin dəyərli anası Zərnişan ananın 50 illik yubileyi münasibətilə ona səmimi təbriklər çatdırılıb, xoş arzular ifadə olunub. Bildirilib ki, Vətən uğrunda canından keçən qəhrəman övladlarımızın ailələri hər zaman dövlətimizin və xalqımızın xüsusi diqqət və qayğısı ilə əhatə olunur.
Görüş zamanı şəhid Xəyal Həsənovun keçdiyi şərəfli döyüş yolundan, göstərdiyi igidlik və qəhrəmanlıq nümunəsindən bəhs edilib. Qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, onların qəhrəmanlığı gələcək nəsillər üçün örnək olacaqdır.
Şabran bələdiyyəsinin nümayəndələri tərəfindən Zərnişan anaya dərin ehtiram ifadə edilərək bildirilib ki, şəhid anaları xalqımızın mənəvi dayağı, Vətənə qəhrəman övlad bəxş edən müqəddəs insanlardır.
Sonda Zərnişan ana yubiley münasibətilə bir daha təbrik olunub, ona möhkəm can sağlığı, ailəsinə səbir və firavanlıq arzulanıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun.
Rəylər
0 Rəy