Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

22-05-2026 , 01:15

75

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Ağstafa bələdiyyələri il ərzində yerli vergilərin həcmini 23 faiz artırıblar


Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2023-ci ildə Ağstafa  rayonunda formalaşan 12 bələdiyyənin büdcə gəliri 388.300 manat olub.

Bu 2024-ci llə müqayisədə 8.5  faiz çox deməkdir. Əldə edilən gəlirin 31.3 faizi yerli vergilərdən, 68.7 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 12.2 faizi torpaq, 19.1 faizi isə əmlak vergisindən daxil olub. Ağstafa bələdiyyələri il ərzində əmlak vergisinin həcmini 31.4 faiz, torpaq vergisinin həcmi isə 45.7 faiz  artırıblar.

Ağstafa  bələdiyyələrinin büdcə gəlirin 46.3 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub. Ötən il bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən Ağstafa bələdiyyələrinin büdcəsinə 78.000 manat vəsait daxil olub. Daşınmaz mlak üzərində reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı ödənişin həcmi 1500 manat olub. Əldə edilən gəlirin  3.700 manatı   bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar  və ya səyyar ticarət, ictimai iaşə və digər xidmətlərdən, 1700 manat isə mehmanxana, tuizm, kurort-sanatoriya xidmətlərindən daxil olub.

Ötən il Ağstafa  bələdiyyələrinə 68.000 manat dotasiya ayrılıb.

Ötən il Ağstafa bələdiyyələrinin bələdiyyə müəssisələrindən daxil olan mənfəət vergisi,  və avtodayanacaqlardan maliyyə vəsaiti daxil olmayıb.

Belediyye.info

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər