Ötən il Ağcabədi bələdiyyələri əmlak vergisinin həcmini on bir dəfə artırıblar
Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2025-ci ildə Ağcabədi rayonunda formalaşan 15 bələdiyyəsinin büdcə gəliri 1.176.500 manat olub . Bu 2024-ci llə müqayisədə 61.3 faiz artım deməkdir. Əldə edilən gəlirin 39.1 faizi vergilərdən, 60.9 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 29.9 faizi torpaq, 9.2 faizi əmlak vergisindən daxil olub.
Ağcabədi rayonunda formalaşan 15 bələdiyyənin il ərzində əldə
etdiyi torpaq vergisinin həcmi 351.500 manat, əmlak vergisnin həcmi isə 108.100
manata bərabər olub. Bu isə 2024-cü illə müqayisədə torpaq vergisnin həcmi 3.1
dəfə, əmlak vergisinin həcmi isə 11.1 dəfə artıb.
Xatırladaq ki, 2024 -cü ildə 41 bələdiyyənin büdcə gəliri 729.200 manat olub.
Ağcabədi bələdiyyələrinin büdcə gəlirinin 51.4 faizi bələdiyyə
əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən
daxil olub.
Ağcabədi bələdiyyələri ötən il 117.900 manatlıq torpaq
satışı həyata keçiriblər. Bu da ötən illə müqayisədə 40 faiz az deməkdir. İl ərzində Ağcabədi bələdiyyələrinə 104.900
manat dotasiya ayrılıb. İcarə haqqlarından bələdiyyə büdcəsinə 486.400 manat və
ya 59.5 faiz artıq vəsait daxil olub. Bu
rüsum növü ümumi büdcə gəlirinin 41.3 faizini
təşkil edib.
Mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən bələdiyyə
büdcəsinə 500 manat maliyyə vəsaiti daxil olub.
Bununla yanaşı bələdiyyə büdcəsinə il ərzində bələdiyyə müəssisələrinin
mənfəət vergisindən, avtodayanacaqlardan, bələdiyyələr tərəfindən xüsusi
ayrılmış torpaq sahələrində stasionar və
ya səyyar ticarətdən, daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən
hər hansı maliyyə vəsaiti daxil olmayıb.
Belediyye.info
Rəylər
0 Rəy