Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

04-04-2026 , 18:15

96

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Ötən il Ağcabədi bələdiyyələri əmlak vergisinin həcmini on bir dəfə artırıblar


Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2025-ci ildə Ağcabədi rayonunda formalaşan 15 bələdiyyəsinin  büdcə gəliri  1.176.500 manat olub   . Bu 2024-ci llə müqayisədə 61.3 faiz artım  deməkdir.  Əldə edilən gəlirin 39.1 faizi vergilərdən, 60.9 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 29.9 faizi torpaq, 9.2 faizi əmlak vergisindən daxil olub. 

Ağcabədi rayonunda formalaşan 15 bələdiyyənin il ərzində əldə etdiyi torpaq vergisinin həcmi 351.500 manat, əmlak vergisnin həcmi isə 108.100 manata bərabər olub. Bu isə 2024-cü illə müqayisədə torpaq vergisnin həcmi 3.1 dəfə, əmlak vergisinin həcmi isə 11.1 dəfə artıb.  

Xatırladaq ki, 2024 -cü ildə 41 bələdiyyənin  büdcə gəliri 729.200 manat olub.

Ağcabədi bələdiyyələrinin büdcə gəlirinin 51.4 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub.

Ağcabədi bələdiyyələri ötən il 117.900 manatlıq torpaq satışı həyata keçiriblər. Bu da ötən illə müqayisədə 40 faiz az deməkdir.  İl ərzində Ağcabədi bələdiyyələrinə 104.900 manat dotasiya ayrılıb. İcarə haqqlarından bələdiyyə büdcəsinə 486.400 manat və ya 59.5 faiz artıq vəsait daxil olub.  Bu rüsum növü ümumi büdcə gəlirinin 41.3 faizini  təşkil edib.

Mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən bələdiyyə büdcəsinə 500 manat maliyyə vəsaiti daxil olub.

Bununla yanaşı bələdiyyə büdcəsinə il ərzində bələdiyyə müəssisələrinin mənfəət vergisindən, avtodayanacaqlardan, bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar  və ya səyyar ticarətdən, daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən hər hansı maliyyə vəsaiti daxil olmayıb.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər