Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

08-03-2026 , 16:09

184

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Qüdrət Kazımov: “Bayram ərəfəsində həssas qrupa aid insanları ziyarət etmək bələdiyyədə artıq ənənəyə çevrilib” 

 “8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailələri ziyarət olunmuşdur”- bu barədə Belediyye.infoya məlumatı İsamyıllı bələdiyyəsinin sədri Qüdrət Kazımov deyib.

Sədrin sözlərinə görə, İsmayıllı bələdiyyəsi hər daim şəhər ərazisində yaşayan şəhid və qazi ailələrinin diqqətdə saxlayır, onların sosial-məişət qayğıları ilə maraqlanır, həmçinin üzləşdikləri problemlərin həlli ilə bağlı addımlar atır.

Bayram ərəfəsində həssas qrupa aid insanları ziyarət etmək bələdiyyədə artıq ənənəyə çevrilib.

Sədr qeyd edib ki, bələdiyyənin üzv və qulluqçularının iştirakı ilə keçirilən ziyarət zamanı şəhid anaları və ailə üzvlərinin hər biri ilə mənzillərində  görüş keçirilmişdir.  Hər bir görüşdə şəhidlərimizin əziz xatirəsinin daim uca tutulduğu vurğulanmış, ailələrə xoş günlər və möhkəm can sağlığı arzulanmışdır.

Sonda xanımların  hər birinə gül dəstələri və qiymətli hədiyyələr təqdim edilib və xatirə şəkli çəkilib.

Belediyye.info








Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər