Qüdrət Kazımov: “Bayram ərəfəsində həssas qrupa aid insanları ziyarət etmək bələdiyyədə artıq ənənəyə çevrilib”
“8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailələri ziyarət olunmuşdur”- bu barədə Belediyye.infoya məlumatı İsamyıllı bələdiyyəsinin sədri Qüdrət Kazımov deyib.
Sədrin
sözlərinə görə, İsmayıllı bələdiyyəsi hər daim şəhər ərazisində yaşayan şəhid və
qazi ailələrinin diqqətdə saxlayır, onların sosial-məişət qayğıları ilə
maraqlanır, həmçinin üzləşdikləri problemlərin həlli ilə bağlı addımlar atır.
Bayram
ərəfəsində həssas qrupa aid insanları ziyarət etmək bələdiyyədə artıq ənənəyə
çevrilib.
Sədr
qeyd edib ki, bələdiyyənin üzv və qulluqçularının iştirakı ilə keçirilən ziyarət zamanı şəhid anaları və ailə üzvlərinin hər biri ilə mənzillərində görüş keçirilmişdir. Hər bir görüşdə şəhidlərimizin əziz xatirəsinin
daim uca tutulduğu vurğulanmış, ailələrə xoş günlər və möhkəm can sağlığı
arzulanmışdır.
Sonda xanımların hər birinə gül dəstələri və qiymətli hədiyyələr təqdim edilib və xatirə şəkli çəkilib.
Belediyye.info
Rəylər
0 Rəy