Lənkəran bələdiyyəsinin sədri istefa verdi, yeni sədr seçildi
Belediyye.infoya daxil olan məlumata görə, Lənkəran bələdiyyəsinin bu gün növbədənkənar iclası keçirilib. 17 nəfər üzvün iştirak etdiyi iclasda gündəliyə daxil edilən əsas məsələ bələdiyyə sədri Vüsalə Babayevanın istefa ərizəsi olub.
Adının çəkilməsini istəməyən bələdiyyə üzvünün sözlərinə görə,
xanım Vüsalə Babayevanın ərizəsi müzakirələrdən sonra qəbul edilib.
Sədr vəzifəsinə isə bələdiyyə üzvü Rövşən
Lətifov təsdiq edilib. 15 noyabr 2023-cü ildən Rövşən Lətifov
Lənkəran şəhər Mənzil İstismar və Kommunal İdarəsinin rəisi vəzifəsində çalışırdı.
Qeyd edək ki, sabiq sədrlə əlaqə yaratmaq mümkün
olmadığından onun hansı səbəbdən işdən ayrılması məlum olmayıb.
Bu Lənkəran bələdiyyəsində son beş il ərzində baş verən dördüncü sədr dəyişikliyidir.
Onu
da əalvə edək ki, 15 noyabr 2025-ci ildə Azərbaycan Şəhər Bələdiyyələri Milli
Assosiasiyasının Ümumi yığıncağında Vüsalə Babayevə assosiasiyanın idarə heyətinə üzv seçilmişdi.
Belediyye.info
Rəylər
0 Rəy