Bələdiyyə sədri: “Sakinlərin müraciətinə dərhal reaksiya vermək bizim borcumuzdur”
“Quba
rayonunun Küpçal-Dağlı bələdiyyəsi tərəfindən Dağlı kəndində əhalinin istifadə
etdiyi artezian içməli su quyusunda yaranmış nasazlıq qısa zamanda aradan
qaldırılıb”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Natiq
Bəkmirzəyev deyib.
Sədr
qeyd edib ki, quyunun nasosunun yanması nəticəsində kəndin içməli su təminatında
problem yaranmışdı. Məsələnin həlli üçün bələdiyyənin təşəbbüsü və kənd sakinlərinin
dəstəyi ilə köhnə, yanmış nasos çıxarılaraq yeni nasosla əvəzlənmişdir.
Sədr
bildirib ki, görülən işlər sayəsində artezian içməli su quyusunun fəaliyyəti
tam bərpa edilib və kəndin su təminatı yenidən normal hala gətirilmişdir. Bələdiyyə
göstərdikləri kömək və fəal iştiraklarına görə kənd ağsaqqallarına və bütün
sakinlərə təşəkkürünü bildirir.
Eyni zamanda bələdiyyə bildirir ki, torpaq və əmlak vergilərinin ilin sonuna qədər ödənilməsi tövsiyə olunur. Yeni ildən gecikmələrə görə faiz hesablanacağı üçün vətəndaşların əlavə xərcə düşməməsi baxımından ödənişlərin vaxtında həyata keçirilməsi daha məqsədəuyğundur.
Belediyye.info
Rəylər
0 Rəy