Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

23-04-2026 , 00:15

153

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Rauf Cəbiyev: “Bələdiyyə olaraq fəaliyyətimizi vergi-uçot sistemini sıfırdan qurmaqla başladıq”

Kolatan bələdiyyəsində görüş keçirilib

“Ötən ilin yanvarından keçirilən bələdiyyə seçkilərindən sonra Kolatan və Sığdaş bələdiyyələri birləşdirilərək Kolatan bələdiyyəsi formalaşdırıldı. Artıq bələdiyyənin inzibati ərazisinə Babakücə, Bağıroba, Bala Kolatan, Böyük Kolatan, Xanalıyan, Ninəlov və Sığdaş kəndləri daxildir.  İnzibati ərazimizin böyüməsi ilə problemlərimizin artması bizi bütün hallarda qorxutmadı. Əksinə vergi ödəyicilərimizin dəstəyi ilə il ərzində bir çox uğura imza ata bildik. Ən böyük uğurumuz isə etiraf edim ki, bələdiyyə ərazisində təmizliyə riayət edilməsi oldu.  Etiraf edək ki, bəzən sakinlərimiz məişət tullantılarını hara gəldi atır, nəticədə isti havalarda digər sakinlərə, o cümlədən kəndin qonaqlarına narahatlıq yaratmış olurdular. Bununla   yanaşı inzibati bina məsələsini də həll etdik”- bu fikirləri Masallı rayonu, Kolatan bələdiyyəsinin sədri Rauf Cəbiyev   “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinnin sədri Vüqar Tofiqli ilə keçirilən görüşdə səsləndirib.

Sədr qeyd edib ki, bələdiyyənin vergi xidməti fəaliyyətini vergi-uçot sistemini demək olar ki, sıfırdan qurmaqla balşayıb. Məhz kollektivin birgə səyi və BAMS proqramının verdiyi imkanlardan yararlanaraq vergi yığımının həcmini dəfələrlə artıra bildik.

Bununla yanaşı kəndlərarası yeni yolların və  körpülərin  salınması, o cümlədən “Hamba” dağında seyrangahın salınmasına başlanılması fəaliyyətimizin əsas istiqamətlərindəndir. Bu günlərdə dağın ətəyində Masallı RİH başçısının iştirakı ilə 12 ədəd iri gövdəli “Xan çinar”ağacı əkilərək aqrotexniki qulluq göstərilmişdir.  

Nəzərə alsaq ki, “Hamba” dağından mötəşəm bir mənzərə açılır, o zaman yaxın gələcəkdə buranın turizm məkanı kimi inkişafına nail ola bilərik. Bu gün Kolatan bələdiyyəsinin də məqsədi məhz budur.

Görüşdə sədr büdcə gəlirlərində dəfələrlə artımın olmasını məhz BAMS proqramının ƏMDX məlumat sisteminə qoşulmasının nəticəsi hesab edib.

“Bu gün sosial media platformalarında öz aktivliyi ilə seçilən Kolatan bələdiyyəsinin bu layihələrin  icra etməsi təqdirəlayiq bir haldır. Və bu təcrübənin istər rayon səviyyəsində istərsə də region bələdiyyələri arasında yayılmasına ehtiyac duyulur. Bələdiyyənin mütəmadi olaraq sosial media platformalarında   üzləşdikləri çətinlikləri, həyata keçirdikləri layihələri ictimailəşdirməsi  şəffaflıq və hesabatlılığın təmin edilməsinə xidmət edir”-bu fikirləri isə “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqli deyib.

 Bu günədək fəaliyyəti hiss olunmayan bir bələdiyyənin bu gün belə bir uğura imza atması təqdirəlayiq bir haldır. Əldə olunan uğurlaın kökündə  bələdiyyə-icra münasibətlərinin düzgün şəkildə qurulmasınında mühüm rolu var.

Görüş bələdiyyəni narahat edən digər mövzular ətrafında davam etdirilib.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər