Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

17-12-2024 , 00:04

2470

Son xəbərlər

Bütün xəbərlər

Sədr yerində olarsa...

Gündəlik Xəbərlər
19-08-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

YAP-ın bələdiyyə namizədlərinin siyahısı TƏSDİQLƏNDİ

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.

Modern.az xəbər verir ki, iclasda əvvəlcə Azərbaycanda 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar YAP tərəfindən namizədlərin irəli sürülməsi məsələsinə baxılıb.

YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov seçkilərin keçiriləcəyi 685 bələdiyyənin hər biri üzrə, ümumilikdə 8071 namizədin müəyyənləşdirildiyini, onların siyahısının İdarə Heyətinin üzvlərinə əvvəlcədən təqdim olunduğunu vurğulayaraq münasibət bildirilməsini xahiş edib.

 YAP Sədrinin müavini Əli Əhmədov çıxış edərək ölkəmizdə ötən müddət ərzində yerli özünüidarəetmə orqanlarının inkişafı istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıb. O, seçkilərin əhəmiyyətinə toxunaraq YAP tərəfindən namizədliyi irəli sürülən şəxslərin müasir, qalib və qüdrətli Azərbaycanın vətəndaşlarının yüksək rifahı naminə öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün var gücü ilə çalışacaqlarına inamını ifadə edib və İdarə Heyətinin üzvlərini həmin namizədləri dəstəkləməyə çağırıb.

Məsələ səsə qoyulub və YAP-ın bələdiyyə üzvlüyünə namizədlərinin siyahısı yekdilliklə təsdiq olunub.

Sonra seçki komissiyalarının tərkibinə təklif olunan məşvərətçi səs hüquqlu üzvlər, seçki dairə və məntəqələrində səsvermə günü müşahidə aparacaq şəxslərlə bağlı məsələyə baxılıb və onların siyahıları təsdiq edilib.  

Rəylər

1 Rəy

Dəmirli Nihat

23-12-2024, 1 il əvvəl

Salam, dediyiniz siyahıya vətəndaşların online internet vasitəsilə baxması mümkündürmü? Mümkündürsə necə baxmaq olar? Xaiş edirəm cavablandırardız.

Cavabla

Rəy yaz

Oxşar xəbərlər

Sədr yerində olarsa...

Gündəlik Xəbərlər
19-08-2026
509

Şabranın mədəniyyət qoruyucuları

Gündəlik Xəbərlər
18-07-2026
715

Səkkiz bələdiyyənin yarim milyon manat  borcu var

Gündəlik Xəbərlər
08-07-2026
693

Bələdiyyə icra-münasibətlərində Masallı təcrübəsi

Gündəlik Xəbərlər
30-06-2026
921

Şuşa rayonunun demoqrafik vəziyyəti haqqında

Gündəlik Xəbərlər
09-06-2026
680