Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

09-10-2024 , 18:03

679

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

"Seçkidən sonra bələdiyyələr birləşəcək, hansısa bələdiyyənin borcu birləşdirilən bələdiyyəyə yük olacaq"

"Seçkidən sonra bələdiyyələr birləşəcək, hansısa bələdiyyənin borcu "birləşmiş" qrupa xərc olacaq"

Bundan sonra bələdiyyələr qrant ala biləcək. Bu, “Qrant haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihə sənədi bələdiyyələrin maliyyə resurslarına çıxışının artırılması məqsədilə onlara qrant verilməsinin hüquqi əsaslarının yaradılması və tənzimlənməsi məqsədilə hazırlanıb.

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri, araşdırmaçı jurnalist Vüqar Tofiqli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, “Qrant haqqında” qanuna edilən dəyişikliyi bələdiyyələrə göstərilən diqqət hesab etmək lazımdır. Belə ki, bu sənəd bütün bələdiyyələrə prosedur qaydalarına uyğun olaraq, qrant proqramında iştirak etmək şansı verir.

“İndiyə kimi o şansdan istifadə edilmirdi. Bələdiyyələr dövlət tərəfindən müəyyən problemlərin həlli ilə bağlı konkret dotasiya ayrılırdı. Eyni zamanda bir neçə ildir ki, bələdiyyələrə həm də subvensiya təyin olunurdu. Yəni məqsədli lahiyələrin istifadəsi üçün bu vəsait bölüşdürülürdü. Çox təəssüf ki, Maliyyə Nazirliyi tərəfindən subvensiya layihələri ilə bağlı keçirilən müsabiqə, onunla bağlı olan müəyyən məsələlər, prosedur qaydalarında şəffaflığın təmin edilməsi həyata keçirilməyib. Bununla bağlı da bələdiyyələr tərəfindən müəyyən neqativ hallar səslənməkdədir”-deyə Vüqar Tofiqli bildirib.

Vüqar Tofiqli qeyd edib ki, bu gün həmin qrant proqramından bələdiyyələrin də layihə təqdim etmələri ilə bağlı olan məsələlərin əsas vacib tərəfi prosesin şəffaf və onlayn şəkildə həyata keçirilməsini təmin edilməsidir: “QHT-lərə Dövlət Dəstəyi Agentliyi bu günə kimi çox şəffaf şəkildə həmin o proseduru həyata keçirib. Heç bir ictimai birlik tərəfindən nə kağız formatında nə də ki, üzbəüz hər hansı bir sənədin təqdim edilməsi prosesi həyata keçirilməyib. Hər şey onlayn və şəffaf şəkildə təmin edilib. Hər bir məsələ ilə bağlı agentlik özü ictimaiyyətə açıqlama verir.

Ekspert hesab edir ki, bu prosesin icrası ilə bağlı, yəni qanunvericilikdə dəyişiklik edilməsiylə yanaşı, bu qanundan irəli gələn prosesin icrası ilə bağlı sırf bələdiyyələr üzrə qanunun tələb etdiyi normativ hüquq sənədlər toplusu da birgə hazırlanmalı və təsdiqini tapmalıdır.

“Düşünürəm ki, prosesin bu formada icra olunması məqsədə uyğun olardı. Bəzən elə olur ki, müəyyən sənədlər, müəyyən qanunvericilik aktları qəbul edilir. Amma çox təəssüf ki, onun normativ hüquq sənədləri aylar və illər sonra təsdiq edilir, öz həllini tapır. Bələdiyyələr bu barədə çox əziyyət çəkir və problemlə üz-üzə qalırlar. Baxmayaraq ki, qanun qəbul edilir. Amma onu icra edən mexanizmlə bağlı ola normativ hüquq sənədlər öz əksini tapmır”-deyən Vüqar Tofiqli qeyd edb ki, seçki öncəsi bələdiyyələrin birgə gəlirlərinin artırılması ilə bağlı, bələdiyyələrin üzləşdikləri bir sıra problemlərin həlli ilə bağlı Milli Məclisdə qanun layihəsində dəyişiklik və əlavələr nəzərdə tutulub.

“Artıq bu seçkidə bələdiyyələrin birləşməsi nəzərdə tutulub. Yəni tutaq ki, hazırda 1606 bələdiyyə varsa, seçkilərdən sonra ölkəmizdə 800-ə yaxın bələdiyyə birləşdirilmiş formada fəaliyyət göstərəcək. Ümumi say 800-dən aşağı düşmüş olacaq. Bu addımın atılması da bələdiyyələrin maliyyəsinin təkmilləşdirilməsinə, əlavə xərclərin azalmasına şərait və imkan yaradacaq. Sadəcə olaraq, burada problem odur ki, hazırda kifayət qədər borcu olan bələdiyyələr var. Bələdiyyələr birləşdirildikdən sonra yaranan bələdiyyə həmin o borcu ödəmək məcburiyyətində qalacaq. Yəni prosesdə belə məqamlar var”-deyə Vüqar Tofiqli bildirib.

Ekspert hesab edir ki, ilin sonuna qədər həmin o bələdiyyələrin borc məsələsi öz həllini tapmalıdır. Yeni yaradılacaq bələdiyyələr borcsuz fəaliyyətə başlayarsa, bu da onların fəaliyyətinin aktiv olmasına şərait və imkan yaradacaq: “Düşünürəm ki, bələdiyyə ilə bağlı atılan hər bir addım bu qurumun inkişafına hədəflənmiş bir addımdır və bu bələdiyyələrə göstərilən bir diqqətdir”.

İradə Cəlil, Bizimyol.info

https://www.bizimyol.info/az/news/513115.html?fbclid=IwY2xjawFzX-FleHRuA2FlbQIxMQABHbrytdMweF_tRbevxo4rN63TNHPsHe0JTcn_NOcXOBHI4JWh_57pgbGOvA_aem_fTXIFL-3_QeIqLbGOPT4vw


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Binəqədi rayonunda ağacəkmə aksiyası keçirilib 

Gündəlik Xəbərlər
23-10-2024
294

Bələdiyyələrin sayı 684-ə endirilir

Gündəlik Xəbərlər
18-10-2024
418

1100 bələdiyyənin 8 milyon borcu var - PA

Gündəlik Xəbərlər
11-10-2024
418

Bələdiyyələrin birləşməsi ilə bağlı yeni QANUN

Gündəlik Xəbərlər
10-10-2024
659

Bələdiyyələr qrant ala biləcək

Gündəlik Xəbərlər
05-10-2024
564