Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

12-07-2026 , 21:01

85

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

QHT  sədri:Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun ən müasir tələblərə cavab verməsi üçün hər birimiz öz töhfəmizi verməliyik”

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bələdiyyələrin maddi-mədəni irsin öyrənilməsi və təbliğində rolunun gücləndirilməsi” layihəsi çərçivəsində  “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun direktoru Elnar Mehdiyev və qoruğun Baş fond mühafizəçisi Asim Adıgözəllə görüşü keçirilib.

Bu barədə Belediyye.infoya məlumatı “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Cəfərov bildirib.

İctimai birliyin sədri görüş iştirakçılarına layihənin məqsədi  barədə ətraflı məlumat verib.  Görüş zamanı sədr bu görüşədək artıq Cəlilabad, Masallı, Yardımlı və Siyəzən  rayon bələdiyyələrində keçirilən görüşlərdə səslənən təklif və tövsiyələrə toxunub. Siyəzən rayonuna səfər çərşivəsində “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda olduğunu, ziyarət zamanı bir neçə xarici ölkədən ziyartəçilərin gəlidyinin şahidi olduğunu qeyd edib.

Vüqar Cəfərov görüşdə “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun daha geniş və səmərəli fəaliyyəti üçün vətəndaş cəmiyyətinin təsmilçisi olaraq hər zaman dəstək verməyə hazır olduqlarını bildirib. Qoruğun Həmyə bələdiyyəsinin inzibati ərazisinə düşdüyünü və qoruq tərəfindən atılacaq addımlara yerli bələdiyyələrin də cəlb edilməsinə yardımçı olmağa hazır olduğunu bildirib.

 QHT  sədri bildirib ki, Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun ən müasir tələblərə cavab verməsi üçün hər birimiz öz töhfəmizi verməliyik. Siyəzən rayonunda formalaşan bələdiyyələrində üzərinə müəyyən məsuliyyət yükünün düşdüyünü də xüsusilə  qeyd etmək yerinə düşər.

“Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun direktoru Elnar Mehdiyev görüşdə qoruğun 8 iyun 2020-ci il tarixli Prezident sərəncamına əsasən yaradıldığını və  hazırda Beşbarmaq dağı təbiət abidəsinin ərazisini əhatə etdiyini qeyd edib. Ötən dövrdə həyata keçirilən işlərə toxunan qoruq müdiri qeyd edib ki, fəaliyyətimiz əsasən bir neçə istiqamətə yönəlib. Bir tərəfdən ərazinin tarixi köklərinin araşdırılması üçün ərazidə arxeoloji qazıntıların aparılmasına, digər tərəfdən ərazinin ziyarətçilər üçün əlçatanlığını artırılmasına və ətraf təbiət ərazilərinin qorunmasına çalşırıq. Bu gün əsas məqsədimiz qoruğun təmiz saxlanılmasıdır. Bununla yanaşı qoruğun tam şəkildə fəaliyyəti üçün əlimizdən gələni əsirgəmirik.

Görüşdə mövzu ətrafında geniş fikir mübadiləsi aparıldı.

Qeyd edək ki, Azərbaycanın nadir təbiət abidələrindən olan Beşbarmaq dağının ətrafında dövlət mühafizəsinə götürülmüş bir sıra tarixi və mədəniyyət abidələri (son tunc - ilk dəmir dövrünə aid yaşayış yeri, Xızırzində piri, ilk orta əsrlərə aid qala və XV-XVII əsrlərə aid karvansara qalıqları) yerləşir. İlk orta əsrlərə aid Beşbarmaq paralel müdafiə səddi “Xəzər sahil mühafizə konstruksiyaları” daxilində 2001-ci il oktyabrın 24-də UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin Siyahısına daxil edilib.

Belediyye.info 


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Səkkiz bələdiyyənin yarim milyon manat  borcu var

Gündəlik Xəbərlər
08-07-2026
419

Bələdiyyə icra-münasibətlərində Masallı təcrübəsi

Gündəlik Xəbərlər
30-06-2026
636

Şuşa rayonunun demoqrafik vəziyyəti haqqında

Gündəlik Xəbərlər
09-06-2026
480

Bələdiyyələrə dotasiya nə vaxt ayrılacaq?

Gündəlik Xəbərlər
01-06-2026
680

Sabiq icra başçısı dünyasını dəyişib

Gündəlik Xəbərlər
15-05-2026
698