Bələdiyyə üzvlərinin daxil olduğu Azərbaycan nümayəndə heyəti Strasburqa yola düşüb
“Azərbaycanın bələdiyyə üzvlərindən ibarət nümayəndə heyəti Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin növbəti sessiyasının işində iştirak etmək üçün Strasburq şəhərinə yola düşüb”- bu fikirləri Azərbaycan şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib.
Sədrin sözlərinə görə, Avropa şurasının Yerli və Regional
Hakimiyyətlər Konqresinin Baş katibinın rəsmi məktubu ilə Konqresdəki
Azərbaycan nümayəndə heyəti qurumun növbəti Sessiyasında iştirak üçün dəvət olunmuşdur.
Sessiya 26-31
oktybar 2025-cü
il tarixlərində Strasburq şəhərində keçiriləcəkdir. Sessiya zamanı bir sıra
Avropa Şurası ölkələrində
Avropa Yerli özünüidarəetmə Xartiyasının tətbiqinin və seçki nəticələrinin
monitorinqinin müzakirəsi də planlaşdırılır.
Qeyd
edək ki, nümayəndə heyətinə Azərbaycan Şəhər Bələdiyyələri Milli
Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev, Azərbaycan
Qəsəbə Bələdiyyələri
Milli Assosiasiyasının və M.Ə.Rəsulzadə
bələdiyyəsinin sədri Hümbət
Hüseynov, Nərimanov bələdiyyəsinin üzvü
Samirə Hüseynova və ABMA-nın məsul əməkdaşı Rövşən Məmmədov daxildir.
Belediyye.info
Rəylər
0 Rəy