Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-04-2026 , 23:23

77

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Mehmanxana rüsumlarının 50 faizədək hissəsi iki bələdiyyənin payına düşüb

Dövlət Statistika Komitəsindən əldə etdiyimiz məlumata görə,  Nəsimi bələdiyyəsinə mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən daxil olan ödənişlərin həcmi ölkə üzrə əldə olunan vəsaitin 16 faizini, Bakı bələdiyyələri üzrə isə  20 faizini təşkil edib. Əlavə edək ki, bu maliyyə istiqamətindən yerli büdcəyə  ölkə üzrə  2.494.900 manat, paytaxt bələdiyyələri üzrə isə  2.035.000 manat vəsait daxil olub.

2025-ci ildə  Nəsimi bələdiyyəsinin büdcə gəlirlərində mehmanxana, tuizm, kurort-sanatoriya xidmətlərindən daxil olan ödənişlərinin həcmi  isə 419.119  manat təşkil edib.

Beləliklə, ölkə üzrə  əldə edilən mehmanxana, tuizm, kurort-sanatoriya xidmətlərindən daxil olan ödənişlərin 46.8 faizi Səbail və Nəsimi bələdiyyələrinin payına düşüb. Onun 30,8 faizi Səbail bələdiyyəsinin, 16 faizi isə Nəsimi bələdiyyəsinin vergi xidməti tərəfindən əldə edilib. Paytaxt bələdiyyələri üzrə bu rəqəm müvafiq olaraq Səbail üzrə 37 faiz, Nəsimi üzrə isə 20 faiz təşkil edib. Belə ki, ötən il Səbail bələdiyyəsinin bu maliyyə istiqamətindən gəliri 768.556 manat, Nəsimi bələdiyyəsinin isə 419.119 manat təşkil edib.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər