Mətləb Əliyev: “Bələdiyyələrin inkişafına söykənən layihələrin davamlı şəkidlə həyata keçirilməsini gözləyirik”
“Azərbaycan
bələdiyyələrinin bu il fəaliyyətinin iyirmi beşinci il tamam olur. Bir çox problemlərlə
üz-üzə qalsalar da, hazır da bir struktur olaraq mövcudluğunu qorumaqla, yanaşı
bələdiyyələr inkişaf etməyi bacarıb”- bu fikirləri Xəzər rayonu Buzovna Bələdiyyəsinin
sədri Mətləb Əliyev Belediyye.infoya
açıqlamasında bildirib.
Hər
bir bələdiyyə üzvü və qulluqçusu yaxşı bilir ki, ölkəmizdə bələdiyyə sistemi Ulu
öndər Heydər Əliyevin yadigarlarından biridir. Bu sistemin fəlsəfəsiylə bağlı
bütün məqamların müəllifi məhz ulu öndərdir. Belə olan halda bir çox hallarda fəaliyyətimizə
problem yaradılsa da, biz ruhdan dəşməyərək daha böyük uğurlara imza atmağa
çalışırıq.
Büdcə
gəlirlərində artım olmaqla yanaşı, həyata keçirilən layihələrin icrasında da
ciddi irəliləyişlər vardır. Bununla yanaşı şəhid və qazi ailələrinə maddi və mənəvi
dəstəyin göstərilməsində daim RİH-lərlə bərabər bələdiyyələrdə öz töhfəsini
verməkdədir. Bizim rəhbərlik etdiyimiz Buzovna bələdiyyəsində də bir qazini işlə
təmin etməklə yanaşı, mütəmadi olaraq ərazidə yaşayan qazi və şəhid ailələriylə
görüşlər keçirir, onların sosial-məişət qayğılarıyla maraqlanaraq, həlliylə
bağlı addımlar atırıq.
Sədr
qeyd edib ki, bələdiyyənin hər hansı nailiyyətə imza atması həm də bələdiyyə sədrinin,
üzvlərin və qulluqçuların tutduğu mövqedən çox asılıdır. Bütün hallarda fikirlərin
üst-üstə düşməsi nəticə etibariylə uğurun başlanğıcı hesab edilir.
Cari
ildə keçiriləcək seçki ilində bizim qarşılaşdığımız problemlərin bundan sonrakı
həllində də müəyyən irəliləyişlərin olacağına
ümid edir və inanırıq.
Bələdiyyələrin
birləşdirilməsiylə bağlı atılan addımlar, BAMS proqramının Əmlak məsələləri Dövlət
xidmətinin məlumat bazasına inteqrasiya edilməsi
bu istiqamətdə atılan addımlar sırasındadır. Hər halda istər Adminstrasiyanın bələdiyyələrlə
iş sektorunun, habelə Bələdiyyələrlə iş mərkəzinin bu istiqamətdə həyata
keçirdiyi layihələri təqdirəlayiq hesab edirik.
Sədr
sonda qeyd edib ki, bələdiyyələrin inkişafına söykənən layihələrin davamlı şəkidlə
həyata keçirilməsini gözləyir və inanırıq ki, bu addımlar bələdiyyələrin büdcə
gərlirlərinin artmasına da müsbət təsir edəcəkdir.
Belediyye.info
Rəylər
0 Rəy