Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

29-05-2024 , 21:57

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Bibiheybət qəsəbəsində ağacəkmə aksiyası keçirilib

Səbail rayonu Bibiheybət qəsəbəsində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan ağacəkmə aksiyası keçirilib.
Dövlət başçısının Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar Bibiheybət qəsəbəsində fəaliyyət göstərən 50 saylı tam orta məktəbdə şagirdlərin maraqlı səhnəcikləri və rəqslərindən ibarət maarifləndirici üslubda tədbir keçirilmişdir.Tədbir Bibiheybət bələdiyyəsinin ağacəkmə aksiyası ilə davam etmişdir.
“Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı Azərbaycan Respublikasının Prezidentinin Sərəncamından irəli gələn məsələlər barədə Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin tövsiyəsini nəzərə alaraq Bibiheybət bələdiyyəsi olaraq qəsəbə ərazisində ağacəkmə aksiyası təşkil olunmuşdur.
Aksiyanın həyata keçirilməsi üçün ərazi olaraq qəsəbədə fəaliyyət göstərən yeganə təhsil ocağının həyətyanı bağçası seçilmişdir.
Məktəbin bağcasında müəllim heyəti və şagirdlərin iştirakı ilə şam ağacları əkilmişdir.
Məktəb tədbirində qonaq olan qəsəbə sakini,iş adamı Xanlar Hüseynov tərəfindən məktəbin yaşıl dünyası üçün dekorativ bitkilər hədiyyə olundu.