Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

26-07-2024 , 08:53

1385

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

QHT-nin layihə çərçivəsində növbəti görüşü Almalı bələdiyyəsində  baş tutub


“Cari ildə bələdiyyənin üzləşdiyi problemlərin həllinə çalışırıq”- bu fkirləri Qaz rayonu Almalı kənd bələdiyyəsinin sədri  Arzu Səfərova  “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin  Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirilən görüşdə bildirib.

Qeyd edək QHT-nin “Müasir innovasiyaların tətbiqi ilə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi”  mövzusunda həyata keçirdiyi layihə çərçivəsində  keçirdyi növbəti görüş Tasmalı bələdiyəsində baş  tutub.  İctimai birliyin sədri Vüqar Cəfərov  bildirib ki,  bundan əvvəl silsilə xarakterli görüşlər Qax, İlisu, Qaxbaş, Gullük, Ləkit  və Tasmalı bələdiyyəsində üzv və qulluqçuların iştirakıyla keçirilib.

Qax Bələdiyyəsinin sədri Eyvaz Orucovun iştirakıyla keçirilən görüşdə  ictimai birliyin sədri görüş iştirakçılarına  layihə barəsində ətraflı məlumat verib. Təşkilat rəhbəri layihənin əsas məqsədinin  bələdiyyə idarəçiliyini təkmilləşdirmək və idarəetmə keyfiyyətini yüksəltmək, habelə bələdiyyə-vətəndaş, bələdiyyə-icra münasibətlərinin  tənzimlənməsiylə bağlı yeni mexanizmləri müzakirə etməkdən ibarət olduğunu qeyd edib.

Görüşdə Almalı bələdiyyəsinin sədri Arzu Səfərova  bələdiyyənin ötən illər ərzindəki  fəaliyyətinə toxunub. Sədr bildirib ki, 2022- ci ldə bələdiyyənin 23548 manat büdcə gəliri olmuşdusa, ötən il bu rəqəm 20713 manata bərabər olub.

2022-ci ildə bələdiyyə əldə etdiyi maliyyə vəsaitinin  5959 torpaq vergisindən, 1435 manatını əmlak vergisindən, 8171 manatnı icarə haqqlarından, 5713 manatını torpaq satışından, 2170 manatını isə dotasiyadan əldə olunub.

2023-ci ildə isə bələdiyyənin əldə etdiyi maliyyə vəsaitinin 5127 torpaq vergisindən, 2330 manatını əmlak vergisindən, 6644 manatnı icarə haqqlarından, 4.442 manatını torpaq satışından, 2.170 dotasiyadan isə ot satışından əldə edib. Əmlak vergisnin həcmini 30 faizdək artırılsa da digər vergi növlərində azalma müşahidə olunub. Cari ildə bu azalmanı aradan qaldırmaqla ciddi irəliləyişə nail olmaq fikrindəyik. 

Sədr görüşdə bildirib ki, əldə olunan maliyyə vəsaitiylə aztəminatlı ailələrlə maddi və mənəvi dəstək göstərilib, kəndin abadlaşdırlması üçün müəyyən layihələr həyata keçirilib.

Bu gün özündə üç kəndi –Almalı, Şıxlar və Dəymədağlı kəndlərinin birləşdirən Almalı  bələdiyyəsi sakinlərinin üzləşdiyi əsas problem bələdiyyə mülkiyyətinin sənədləşdirilməsiylə bağlıdır. Büdcə gəlirlərində geriləmə də məhz bu problemlə bağlıdır. Hazırda kənddəki mövcud təsərrüfatıların 80 faizindək olan hissəsinin mülkiyyət sənədi yoxdur. Sənədləşdirmənin olmaması bələdiyyənin büdcə gəlirlərinə də  öz mənfi təsirini göstərmiş olur. 

Bütün bu çətinliklərə baxmayaraq bələdiyyə kənddə olan  “Şəhidlər xiyabanı”nı əsaslı şəkildə təmir edib. Bununla yanaşı kəndin su təchizatının təşkili ilə ciddi addımlar atmış, habelə ərazidə irihəcmli su çəni quraşdırıraq sakinlərin istifadəsinə vermişdir.  

Görüşdə bu kənddə də  kəndin icra nümayəndəliyi ilə sıx əməkdşalıq əlaqələrinin qurulduğu, bələdiyyənin atdığı bütün addımlarda Qax RİH başçısı Musa Şəkiliyevin tövsiyələrindən də istifadə edildiyi qeyd edilib.  

Görüşdə layihə çərçivəsində bələdiyyənin təsis edilməsinin 25 illiyinə həsr olunan  kitabların (foto-albomlar) forma və məzmunu barəsində geniş müzakirələr aparılmış və bələdiyyə sədrinin və üzvlərin təklif və tövsiyələri nəzərə alınıb.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyyə sədri vəfat etdi

Region
04-11-2024
293