Binə Bələdiyyəsi atası şəhid olmuş uşaqların bayramını bu şəkildə qeyd etdi
“1
iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətiylə Binə bələdiyyəsi şəhid
ailələrinin azyaşlı övladlarını təbrik edərək onlara bayram hədiyyəsi təqdim ediblər”- bu barədə məlumat verən Binə
bələdiyyəsinin sədri Habil Həmidov Belediyye.infoya açıqlamasında bildirib ki,
qəsəbə ərazisində ərazi bütovlüyümüzün bərpası zamanı 26 nəfər şəhid olub.
Onlardan ikisi ailəli olub.
Binə Bələdiyyəsinin
təşəbbüsü ilə mütəmadi olaraq bu ailələrin hər biri ziyarət olunur, onları
narahat edən məsələlər dinlənilir və bələdiyyədən asılı olan məsələlərin həlliylə
bağlı addımlar atılır. Şəhid övladları 1
iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günündə ziyarət olunaraq qiymətli hədiyyələr
təqdim edilmişdir.
Əlavə edək ki, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününün qeyd olunması 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.
Belediyye.info
Rəylər
0 Rəy