Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

23-05-2024 , 17:40

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Bələdiyyə sədri: “Şəhid ailələrinə xidmətin göstərilməsi hər bir bələdiyyə üzvünün borcudur

“Şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının gücləndirilməsi, onların sosial məişət qayğılarını həlli  prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin istiqamətlərindən birini təşkil edir” – bu fikirləri Belediyye.infoya Xəzər rayonu Şağan bələdiyyəsinin sədri Sevinc Atayeva bildirib. 

Sözügedən istiqamətdə gerçəkləşən prioritetlərə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan sakinlərimizin adının əbədiləşdirilməsi, ailələrinin sosial problemlərinin həlli Şağan bələdiyyəsinin xüsusi diqqətində saxlanılır. Belə ki, görülən tədbirlər çərçivəsində vətəni ləyaqətlə qoruyaraq I Qarabağ müharibəsində iştirak edərək şəhidlik zirvəsinə ucalan Gözəlov Füzuli Vasib oğlunun ailəsinin yaşadığı Qazmaçılar küçəsi, ev  40  ünvanında yerləşən dalan yolunun 300 kv.metr hissəsinin   asfaltlaşdırılması işi aparılıb.

Sədr bildirib ki, şəhid ailələrinə xidmət göstərilməsi hər bir bələdiyyə üzvünün borcudur.

Belediyye.info