Yasamal bələdiyyəsi rəhbərliyinin sakinlərlə növbəti görüşü keçirilib
Yasamal Bələdiyyəsinin sədri Tahir
Məmmədovun və aparatın məsul işçilərinin iştirakı ilə növbəti səyyar görüş
şəhid Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevin ailəsinin yaşadığı Dadaş Bünyadzadə küçəsi 3 ünvanda keçirilmiş,sakinlərin istək və arzuları
dinlənmişdir. Sakinlər adından çıxış edən bələdiyyənin məhəllə komitəsinin
sədri Aləm Məcidov uşaqlar üçün
yelləncəklərin quraşdırılması və binanın
həyətində inşa edilmiş mini stadionun təmir edilməsini xahiş etdi. Görüşdə
sakinlər rayon ərazisində görülən işlərə görə Yasamal rayon İcra Hakimiyyətinin
başçısı cənab Elşad Həsənova və Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədova öz
minnətdarlıqlarını bildirmişlər. Sonda sakinlərin səsləndirdikləri məsələlərin
həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi.
Rayon ərazisində sakinlərlə səyyar görüşlər
bələdiyyə tərəfindən mütəmadi olaraq
davam etdirilir.
Yasamal Bələdiyyəsi