Telman Süleymanov: “1 iyun tarixində uşaqları sevindirmək hər bir bələdiyyənin həm də mənəvi borcudur”
“1 iyun
- Uşaqların Beynəlxalq Müdafiəsi Günündə hər bir bələdiyyə kimi Şüvəlan bələdiyyəsi
də öz töhfəsini verməyi özünə borc bildi”- bu fikirləri Belediyye.infoya Xəzər rayonu Şüvəlan bələdiyyəsinin sədri
Telman Süleymanov deyib.
Sədrin
sözlərinə görə, bələdiyyə iclasının qərarına əsasən bələdiyyənin uşaqlardan
ibarət futbol komandasına idman-geyim dəstini təqdim etməklə təbrik
edib.
Sədr
bildirib ki, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətiylə keçirilən
görüşdə geyim dəstləri uşaqlara təqdim
edilib.
Şüvəlan bələdiyyəsi Xəzər RİH-in həyata keçirdiyi layihələrə əlavə olaraq hər daim şəhid, qazi və aztəminatlı ailələr tərəfindən qaldırılan məsələlərin həllinə çalışır.
Belediyye.info