Nizami rayonunda bələdiyyənin təşəbbüsü ilə qəbiristanlıqda iməcilik təşkil olunub
Bakının
Nizami rayonunda bələdiyyənin təşəbbüsü ilə qəbirstanlıqda iməcilik təşkil
olunub. Bu barədə məlumatı Nizami Bələdiyyəsinin sədri Vüqar Quliyev bildirib.
Sədr
bildirib ki, rayonda aparılan abadlıq-quruculuq işləri çərçivəsində qapalı beynəlmiləl qəbirstanlığında təmizlik işləri
aparılıb. Nizami RİH-in
Mənzil-Kommunal Təsərrüfat Birliyinin əməkdaşlarının iştirakıyla keçirilən iməcilikdə
məzarlıqların ətrafı səliqə-sahmana
salınıb, ərazidəki otlar və kol-kos təmizlənib.
Könüllülərin iştirak etdiyi iməcilik işlərinə Nizami Bələdiyyəsi və Mənzil Kommunal Təsərrüfatı Birliyinin onlarla əməkdaşı, nəqliyyat vasitələri və texnika cəlb edilib. Aparılan işlər nəticəsində ərazi zibillikdən təmizlənib, qurumuş kollar kəsilərək yığışdırılıb, yollar isə səhmana salınıb.
Belediyye.info