Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

01-06-2024 , 11:59

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Təmraz Tağıyev: “Nərimanov Bələdiyyəsi tərəfindən yeddi nəfər şəhid ailəsinin övladına aylıq təqaüd verilir”

“Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, müzəffər ordumuzun qəhrəman oğullarının fədakarlığı və  həyatları bahasına torpaqlarımız düşməndən təmizlənərək  xalqımıza qələbə sevincini yaşatdılar”-bu fikirləri Belediyye.infoya Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib.

Sədr bildirib ki, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətiylə Nərimanov bələdiyyəsi  şəhid və qazi ailələrinin  yadıgarlarını  daim diqqətdə saxlamaqla, onları təbrik etməyi unutmayıb. Bununla yanaşı Nərimanov bələdiyyəsi hər daim  şəhid ailələri tərəfindən  qaldırılan məsələlərin  həllinə  çalışır və bunu özünə borc bilir. 

Qeyd edək ki, bu günədək beş nəfər şəhid ailəsinin üzvü Nərimanov bələdiyyəsində daimi işlə təmin edilmiş, 31 nəfər şəhid və qazi ailəsinə aylıq olaraq maddi dəstək göstərilir. Bununla yanaşı yeddi nəfər şəhid ailəsinin övladına aylıq təqaüd verilir.

Sədr sonda uşaqları belə təbrik edib: “ Ölkəmizdə yaşayan bütün uşaqları Uşaqların Beynəlxalq müdafiəsi günü münasibətilə ürəkdən təbrik edir, onlara səadət, şən həyat, uzun ömür, xoşbəxt gələcək arzulayırıq.”

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər