Yasamal rayonunda ağacəkmə aksiyası keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan
edilməsi Sərəncamı və Demoqrafik inkişaf konsepsiyasının icrası ilə əlaqədar
Yasamal rayonunda yeni ekoloji aksiya həyata keçirilib. Yasamal Rayon
İcra Hakimiyyəti və Yasamal Bələdiyyəsinin birgə təşkilatçılığı ilə rayon
ərazisində ağacəkmə aksiyası baş tutub. Aksiya MİDA yaşayış kompleksinin
ərazisindəki 161 nömrəli tam orta məktəbin həyətində keçirilib.
Aksiyada Yasamal Rayon İcra Hakimiyyətinin və
Yasamal bələdiyyəsinin rəhbər heyəti, həmçinin gənc fəallar və könüllülər
iştirak ediblər. Aksiya çərçivəsində ərazidə yüzlərlə ağaclar əkilib. Əkilən
ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.
Yasamal rayonunda silsilə ekoloji aksiyalar davam edir.
Yasamal Bələdiyyəsi