Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

25-07-2024 , 09:14

1949

Son xəbərlər

Bütün xəbərlər

Bu həmdə ziyalıya verilən qiymətdir

Gündəlik Xəbərlər
05-12-2024

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Fəaliyyətimizlə   nümunə  olmağa  çalışacağıq

(Gədəbəy  Bələdiyyəsinin  2024- cü  ilin  6  aylıq H E S A B A T I )

 Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham  Əliyev 25  Dekabr  2023 – cü  il  tarixli  Sərəncamı  ilə  2024 -  cü  il  Azərbaycanda  “ Yaşıl  Dünya  Naminə Həmrəylik  ili “  elan  etmişdir.

“Yaşıl  Dünya Naminə “  ili  ərzində  Ulu  Öndərin  adını  daşıyan  parkda və  şəhər  ərazisində   gül  kolları və ağaclar əkilmiş, parkın  ərazisində  yerləşən  taxta  otracaqlar  təzədən  rənglənmiş  və  parkda,  şəhərin  prospekt  və  küçələrində  abadlıq  və  təmizlik  işləri  görülmüş  və   əhali  ilə  görüşlər  keçirilmişdir.

  Bələdiyyə İş Baş İdarəsi tərəfindən tövsiyyələr hazırlanaraq  göndərilmişdir.  Bələdiyyə  fəaliyyətində  mühüm  yer  tutan  yerli  vergilərin  toplanmasına  köməklik  məqsədi  ilə  bələdiyyələrin  avtomatlaşdırılmış  məlumat  sistemi (BAMS)  bələdiyyələrin  səmərəli  işinin  təşkilində  proqramın  təminatı  təkminləşdirilmişdir. Əmlak  Məsələləri  Dövlət  Xidmətinin elektron  bazasına  inteqrasiya  olunmuşdur. Gədəbəy  bələdiyyəsi  BAMS – da  öz  inzibati  ərazisində  fiziki  şəxslərin  mülkiyyət  hüququnu  dövlət  qeydiyyatına  alınmış, Daşınmaz  Əmlak və  torpaq  sahələri  barədə  məlumatlarla  tanış  olduqdan  sonra  bələdiyyənin  məlumat  baza  sisteminə  işləmişdir. Bu da  öz  növbəsində  bələdiyyənin  maliyə  imkanlarının  artmasına  səbəb  olmuşdur.

2024- cü  ilin 6 aylıq  hesabat  dövrü  ərzində  Gədəbəy  bələdiyyəsinin  yerli  büdcənin  gəliri  25.395   manat   olmuşdur.

Gədəbəy  bələdiyyəsinə  Yerli  büdcədən aşağıdakı  vergilər  daxil  olmuşdur.                                                                                                              

Fiziki  şəxslərdən  Torpaq  vergisi          5288 manat 

Fiziki  şəxslərdən  Əmlak  vergisi         14476 manat                                                               Mehmanxana  vergisi                          308 manat                                                                        Torpağın  özgəninkiləşdirilməsindən       4800 manat   

ianə                                                    523 manat                                                            

Əhalidən toplanmış vergi vəsaiti aşağıdakı qayda üzrə xərclənmişdir:                                  Yerli  özünü idarəetmə orqanının  saxlanması  xərcləri     9552,00 manat                  sosial  müdafə  fonduna                       1380,00 manat

 Silahlı Qüvələr Fənduna                     120,00 manat

İmkansız  və  şəhid  ailələrinə  yardım      1130                                                                              Onlayn   xidmətinə                                   451 manat                                                          Poçt  xidməti (əmək haqqı kart)                                              46,00 manat 

ƏMDX-nə Dövlət rüsumu                                                          500,00 manat                         Kadastrın  hazırlanması                                                             944,00 manat 

 Mal-material alınması                                                   1607,00 manat                                        Mal-material alınması üçün ƏDV                                   223,00 manat                             Milli  asosasiya                                                                    650,00 manat                                    DƏDRX –dən çıxarışları almaq                                                        3100,00 manat                                                    

Komunal Xərclər                                                                  100,00 manat                                     Məhkəmə DƏDRX-dən mütəxəssis rəyi almaq üçün                              95,00 manat            Abunə                                                                                    146,00 manat                                        İnternet  və telefon  abunə  haqqı                                     300,00 manat                

Hesabat  dövründə  Gədəbəy  bələdiyyəsi  bütün  bayram  tədbirlərində  və  şəhərin  küçələrinin   abadlaşdırılmasında   yaxından  iştirak  etmişdir.  Novruz  bayramında  15 ailəyə 600 manat  məbləğində hədiyyə  sovqatı  vermişdir. 

20 Yanvar  Hüzn  gününə 120  manat  məbləğində  qərənfil  gülü  alınmış  və  Şəhidlərin  qəbirüstü  abidələrinə  qoyulmuşdur..

Gədəbəy  Bələdiyyəsi  şəhərin  Heydər  Əliyev  prospektində  Heydər  Əliyevin  plakatının  qoyulması  üçün  350  manat vəsait  ayırmışdır. 

Gədəbəy  bələdiyyəsi  tərəfindən   müharibə  iştirakçılarına   və  imkansız  ailələrə  1130 manat  məbləğində  yardım  edilmişdir.

Gədəbəy  Bələdiyyə  tərəfindən  şəhər  qəbirstanlıqlarında  daim  təmizlik  işləri  görülür, ərazi  alaq  otlarından  təmizlənir.

Gədəbəy   Bələdiyyəsinə  37 ərizə, təşkilatlardan  isə  98  məktub  daxil  olmuşdur . Qəbulda  olanların  sayı  50  nəfər  olmuşdur.  Müraciət  edənlərin  əksəriyyəti  həyətyanı   torpaq sahəsi   alması  üçün  müraciət  etmişdir.  6  ay  ərzində  11  ədəd  protokol  yazılmış  və  63  ədəd  müxtəlif  məsələlərə  baxılmışdır

Beləliklə  6  aylıq  hesabata  yekun  vuraraq  bildiririk  ki,  Gədəbəy  bələdiyyəsi  bundan  sonra  da  öz  işlərini  günün  tələbləri  səviyyəsində   davam  etdirəcək  və  öz  fəaliyyətimizlə   nümunə  olmağa  çalışacağıq.

   Zülfiqar  Yusibov

Gədəbəy  bələdiyyəsinin sədri                                              

 

 

 

 

 

 

 

 

 

 

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyyə sədri vəfat etdi

Region
04-11-2024
419