Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

04-06-2024 , 15:25

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Nigar Məmmədova: “Fəaliyyətimizi əsasən vətəndaş müraciətləri əsasında qururuq”

“Vətəndaşların müraciətinə əsasən Binəqədi rayonu Xocasən qəsəbəsi Çingizxan küçəsi ilə F.Ağazadə küçəsinin kəsişməsindəki mövcud açıq kanalda bələdiyyə tərəfindən təmizlənmə işləri aparılmışdir” – bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Nigar Məmmədova deyib. Sədrin sözlərinə görə,  artıq kanalın ətrafındakı tullantılar ərazidən daşınmışdır.

Hazırda isə Binəqədi Rayon İcra Hakimiyyətinin, Xocəsən qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyin təşkilatçılığı və Xocasən Bələdiyyəsinin iştirakıyla Binəqədi Rayonu Sukanal İdarəsinin əməkdaşları tərəfindən sozügedən kanalda yeni borularla kanalizasiya xətti çəkilir.

Sədr bildirib ki, Xocasən bələdiyyəsi fəaliyyətinin əsasən vətəndaş müraciətləri əsasında qurur. Bütün müraciətlər bələdiyyə iclasında müzakirəyə çıxarılaraq həlliylə bağlı müvafiq qərarlar qəbul edilir. 

Belediyye.info


B