Kamandar Zeynalov: “Torpaq vergisində azalma müşahidə olunsa da, əmlak vergisinin həcmində 3.5 dəfəyədək artım olub”
“Cari ilin birinci yarısında Bilgəh bələdiyyəsinin büdcə gəlirləri 120.416 manat təşkil edib. Əvvəlki illə müqayisədə on bir faiz artım müşahidə olunub. Əldə edilən büdcə gəlirinin 34.155 manatı torpaq vergisindən, 86.261 manatı isə əmlak vergisindən daxil olub. Ötən ilin müvafiq dövründə torpaq vergisinin həcmi 79.575 manat, əmlak vergisinin həcmi isə 25.203 manat olmuşdur. Göründüyü kimi, torpaq vergisində azalma müşahidə olunsa da, əmlak vergisinin həcmində 3.5 dəfəyədək artım olub.”
Sədr Kamandar Zeynalov Belediyye.infoya
açıqlamasında daha sonra bildirib ki, əvvəlki illərdə bələdiyyə büdcəsinə
mehmanxana ödənişləri olsa da son iki il ərzində qəsəbə ərazisində fəaliyyət
göstərən mehmanxanaların təmirə dayandırılması bələdiyyənin büdcə gəlirlərinə
ciddi şəkildə təsir edib.
Hazırda bələdiyyənin vergi xidməti Bələdiyyələrin Vahid İnformasiya Sisteminin
(BVİS) verdiyi bütün imkanlardan yetərincə isifadə etməyə çalışır.
Yeni inzibati binada fəaliyyət göstərən bələdiyyədə hər bir kollektiv üzvünə
fəaliyyəti üçün lazımı şərait yaradılmışdır. Ən müasir informasiya texnologiyaları
ilə təmin edilən vergi xidmətinin əməkdaşları bütün hallarda vergi-uçot
sistemində mövcud olmuş boşluqları aradan qaldırmaqla yanaşı, həm də ərazidə
olan bütün vergi ödəyicilərinin qeydiyyatını aparmaqla onların vergiyə cəlb
edilməsini təmin edir.
Qarşıya qoyulan hədəflərə toxunan sədr qeyd edib ki, məqsədimiz büdcə gəlirlərinin
həcminin üç yüz min manata çatdırmaqdır.
Bu gün xidmət əməkdaşlarınım fəaliyyəti göstərir ki, qarşıya qoyulan hədəfə
çata biləcəyik.
Hazırda vergi ödəyiciləri ilə görüşlərin təşkili, mövcud qanunvericliyin məqamlarının
izah edilməsi, üstəlik əlaqə məlumatlarının dəqiqləşdirilməsi həyata keçirilir.
Yarım ildəki fəaliyyətə toxunan sədr qeyd edib ki, Səbunçu RİH tərəfindən
həyata keçirilən layihərə dəstək olaraq ərazidə abadlıq-quruculuq işlərinə 40
min manatdan artıq vəsait ayrılıb.
Bununla
yanaşı əhalinin həssas qruplarına maddi yardım şəklində 4.450 manat ayrılıb.
“Qurban bayramı” ilə əlaqədar şəhid, qazi, əlil və aztəminatlı ailələrə
qurban paylarının verilməsi üçün bələdiyyə iclasının qərarı ilə 10 min manatlıq
“qurbanlıq” qoyunların alınmasına ayrılıb.
Bələdiyyə olaraq əsas məqsədimiz qəsəbədə vətəndaş
məmnunluğunu təmin etməkdir.
Bu layihələrin icrası məhz bu məqsədə xidmət edir.
Belediyye.info
Rəylər
0 Rəy