Nəsib İsmayılov: “Bələdiyyə tərəfindən həyata keçirilən layihələrin icrasında sakinlərin təklif və tövsiyələri daim nəzərə alınır”
“Bülbülə bələdiyyəsi Suraxanı rayonunda aparılan abadlıq-quruculuq işlərinə öz töhfəsini verməkdədir”-bu fikirləri adıçəkilən bələdiyyənin sədri Nəsib İsmayılov deyib.
Sədr
qeyd edib ki, bələdiyyə tərəfindən həyata keçirilən layihələrin icrasında
sakinlərin təklif və tövsiyələri daim nəzərə alınır. Edilən müraciətlər bələdiyyə
iclasında müzakirəyə çıxarılaraq icrası barədə qərar qəbul edilir.
Bu
günlərdə sakinləri müraciəti əsasında bələdiyyə
növbəti layihəyə imza atıb. Belə ki, M.F. Axundov küçəsinin gediş-gəliş üçün yararsız vəziyyətdə olan hissəsi bələdiyyənin maliyyəsi ilə asfalt vurulmuşdur.
Əvvəlcə ərazidə təmizlik və bərkitmə işləri aparılmış, sonra isə əraziyə asfalt
vurulmuşdur.
Bələdiyyə
həyata keçirdiyi bu layihə ətraf sakinlər
razılıqla qarşılaşmışlar.
Bülbülə
bələdiyyəsi bundan sonra maliyyə imkanları çərçivəsində qəsəbə abadlıq-
quruculuq işlərinə öz töhfəsini verəcəkdir.
Belediyye.info
Rəylər
0 Rəy