Nizami bələdiyyəsi tərəfindən qurbanlıq sovqatları təqdim edilib
Nizami bələdiyyəsinin həyata keçirdiyi sosial dəstək tədbirləri çərçivəsində müqəddəs Qurban bayramı münasibətilə şəhid ailələri, qazilər və müharibə iştirakçıları qurbanlıq sovqatları təqdim edilmişdir.
Nizami bələdiyyəsi tərəfindən şəhid ailələri, qazilər və
müharibə iştirakçılarına göstərilən diqqət və qayğı dövlətimizin sosial siyasətinin
mühüm istiqamətlərindən biri olmaqla yanaşı, cəmiyyətimizin milli-mənəvi dəyərlərə
sadiqliyinin, vətəndaş həmrəyliyinin və sosial məsuliyyət hissinin bariz nümunəsidir.
Qurban bayramının mərhəmət, birlik, paylaşma və xeyirxahlıq
kimi ali dəyərləri təbliğ etdiyini qeyd edən bələdiyyə nümayəndələri şəhid ailələrini,
qaziləri və müharibə iştirakçılarını bayram münasibətilə təbrik etmiş, onlara
möhkəm cansağlığı, ailə səadəti, firavanlıq və əmin-amanlıq arzulamışlar.
Görüşlərin sonunda şəhid ailələrinin üzvləri, qazilər və
müharibə iştirakçıları onlara göstərilən davamlı diqqət və qayğıya görə Azərbaycan
Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını
ifadə etmiş, dövlətin hər zaman onların yanında olduğunu xüsusi vurğulamışlar.
Onlar göstərilən yüksək diqqət və qayğının özləri üçün böyük mənəvi dayaq
olduğunu bildiriblər.
Nizami bələdiyyəsi bundan sonra da şəhid ailələrinin, qazilərin,
müharibə iştirakçılarının və sosial qayğıya ehtiyacı olan vətəndaşların yanında
olmağı özünün əsas fəaliyyət istiqamətlərindən biri kimi davam etdirəcəkdir.
Müqəddəs Qurban bayramı münasibətilə bütün şəhid ailələrini,
qazilərimizi, müharibə iştirakçılarını və xalqımızı səmimi qəlbdən təbrik edir,
hər bir ailəyə sağlamlıq, ruzi-bərəkət və xoş günlər arzulayırıq.
Nizami Bələdiyyəsi
Rəylər
0 Rəy