“Son zəng” tədbirində Buzovna bələdiyyəsinin rəsmiləri də iştirak ediblər
Bu gün ölkəmizin hər bir ümumi təhsil müəssisələrində olduğu kimi, Buzovna qəsəbəsi İftixar Tağıyev adına 26 nömrəli tam orta məktəbdə də “Son zəng” tədbirləri keçirilib. “Son zəng” tədbirində Xəzər RİHBA-nın məsul əməkdaşları, Buzovna bələdiyyəsinin rəsmiləri, müəllim-şagird kollektivi və valideynlər iştirak etmişlər.
Tədbir zamanı 2025-2026-ci tədris ilinin uğurlarından söz
açılaraq təhsil sahəsində əldə edilən nəaliyyətlər diqqətə çatdırılmışdır. Qeyd
olunmuşdur ki, həyata keçirilən təhsil islahatları bütün ölkədə, o cümlədən Xəzər
rayonunda da yüksək inkişafa stimul olub. Əsası Ümummilli lider Heydər Əliyev
qoyulan elm və təhsillə bağlı siyasət artıq real şəkildə özünün müsbət təzahürünü
göstərməkdədir. Ulu öndərin genişmiqyaslı fəaliyyətində təhsilin inkişafı hər
zaman prioritet sahə kimi mühüm yer tuturdu. Onun uzaqgörənliklə söylədiyi
konseptual fikirlər və ideyalar, tarixi tövsiyələr bu gün də ölkəmizdə təhsil
islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhfəsini verməkdədir.
Ümummilli lider tərəfindən təməli qoyulmuş inkişaf strategiyası Ölkə başçısı cənab
İlham Əliyev tərəfindən böyük qətiyyət və uğurla davam etdirilməkdədir.
Tədbir zamanı çıxış edən məzunlar müasir standartlara cavab
verən ümumtəhsil müəssisələrində yaradılmış şəraitə, göstərilən diqqət və
qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.
Sonda məzunlar “Son zəng” münasibətilə təbrik edilmiş, onlara gələcək həyat və təhsillərində nailiyyətlər arzulanmışdır.
Belediyye.info
Rəylər
0 Rəy