Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

10-05-2026 , 10:24

192

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

İxdiyar Nəcəfov: Qaraçuxur bələdiyyəsi hər zaman sakinlərə yüksək səviyyəli xidmət göstərməsi üçün var qüvvəsi ilə çalışır”

“İnzibati ərazi daxilində olan park və bağların sakinlərin rahatlığını təmin etməsi üçün daim nəzarətdə saxlanılır, mütəmadi olaraq cari təmir işləri, ərazidə təmizlik işləri aparılır”- bu fikriləri Suraxanı rayonu, Qaraçuxur bələdiyyəsinin sədri İxdiyar Nəcəfov deyib.

Yuxarıda qeyd edilən parklardakı vəziyytər bələdiyyə iclasında müzakirə mövzusu olur.

Bu günlərdə sakinlərin müraciətlərini nəzərə alaraq bələdiyyə iclasının qərarı ilə inzibati ərazidə olan iki parkda cari təmir işləri aparılmış, parkların ot örtüyü biçilmiş ərazilərdə səliqə-səhman yaradılmlışdır.

“D” massivindəki parkda 800 kv.m. divar və bodürlkər rənglənmiş, əraziyə beş yeni oturacaq alınaraq quraşdırlımış, mövcud 22 oturacaq bərpa edilmiş, 17 uşaq əyləncə qurguları bərpa edilmişdir.

Sədr açıqlamasında bildirib ki, Qaraçuxur bələdiyyəsi  istifadəyə verdiyi beş park və xiyabanın gündəlik xidmətini,habelə cari  təmirin həyata kecirir, bununla yanaşı parkalar gündəlik təmizlənir, yaşılıqlar və ağaclar, kollar daima suvarılır, ağaclara aqrotexniki qulluq göstərilir.

Sədr sonda qeyd edib ki,  Qaraçuxur bələdiyyəsi hər zaman sakinlərə yüksək səviyyəli xidmət göstərməsi üçün var qüvvəsi ilə çalışır.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər