İxdiyar Nəcəfov: “Qaraçuxur bələdiyyəsi hər zaman sakinlərə yüksək səviyyəli xidmət göstərməsi üçün var qüvvəsi ilə çalışır”
“İnzibati ərazi daxilində olan park və bağların sakinlərin rahatlığını təmin etməsi üçün daim nəzarətdə saxlanılır, mütəmadi olaraq cari təmir işləri, ərazidə təmizlik işləri aparılır”- bu fikriləri Suraxanı rayonu, Qaraçuxur bələdiyyəsinin sədri İxdiyar Nəcəfov deyib.
Yuxarıda
qeyd edilən parklardakı vəziyytər bələdiyyə iclasında müzakirə mövzusu olur.
Bu
günlərdə sakinlərin müraciətlərini nəzərə alaraq bələdiyyə iclasının qərarı ilə
inzibati ərazidə olan iki parkda cari təmir işləri aparılmış, parkların ot örtüyü
biçilmiş ərazilərdə səliqə-səhman yaradılmlışdır.
“D”
massivindəki parkda 800 kv.m. divar və bodürlkər rənglənmiş, əraziyə beş yeni
oturacaq alınaraq quraşdırlımış, mövcud 22 oturacaq bərpa edilmiş, 17 uşaq əyləncə
qurguları bərpa edilmişdir.
Sədr
açıqlamasında bildirib ki, Qaraçuxur bələdiyyəsi istifadəyə verdiyi beş park və xiyabanın gündəlik
xidmətini,habelə cari təmirin həyata
kecirir, bununla yanaşı parkalar gündəlik təmizlənir, yaşılıqlar və ağaclar, kollar
daima suvarılır, ağaclara aqrotexniki qulluq göstərilir.
Sədr sonda qeyd edib ki, Qaraçuxur bələdiyyəsi hər zaman sakinlərə yüksək səviyyəli xidmət göstərməsi üçün var qüvvəsi ilə çalışır.
Belediyye.info
Rəylər
0 Rəy