Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

09-02-2026 , 09:42

257

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Telman Süleymanov: “Ötən bir ildəki fəaliyyətimizə diqqət yetirdikdə bir çox istiqamətlərdə irəliləyişə nail olduğumuzu görmək olar

 “Artıq yeni seçkidən sonra fəaliyyətimizin bir ili tamam olur. Ötən bir ildəki fəaliyyətimizə diqqət yetirdikdə bir çox istiqamətlərdə irəliləyişə nail olduğumuzu görmək olar”- bu fikirləri Xəzər rayonu Şüvəlan bələdiyyəsinin sədri Telman Süleymanov deyib.

Sədrin sözlərinə görə, Adminstrasiyanın müvafiq sektorunun dəstəyi və Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyasının və “Bələdiyyələrə onlayn xidmət” mərkəzinin təşkilatçılığı ilə yenilənən və təkmilləşdirilən BAMS proqramının verdiyi imkanların daha da genişləndirilməsi, icra-probasiya əlaqələrinin onlayn üzərindən qurulması, növbəti ildən bildirişlərin yalnız onlayn qaydada təqdim edilməsi bütün hallarda bələdiyyə-vətəndaş təmaslarını sıfıra endirməklə, həm də mövcud ola biləcək neqativin qarşısını almış olur. Odur ki, bələdiyyəyin vergi xidməti artıq indidən bu tələblərin yerinə yetirilməsi, vergi-uçot sistemindən gözə çarpmayan çatışmazlaqların aradan qaldırılması üçün ciddi şəkildə çalışır.

Bələdiyyə sədri bələdiyyəsinin ötən bir  ildəki fəaliyyətini qənətbəxş hesab edərək, cari ildə daha ciddi şəkildə çalışmaq lazım olduğunu  vurğulayıb.

Sədr   növbəti ildən bildirişlərin onlayn şəkildə veriləcəyini nəzərə alib bələdiyyənin vergi xidmətinin bu prosesə indidən hazırlaşdığını, bununla yanaşı ərazidə yeni vergi ödəyicilərinin BAMS- proqramına əlavə edilməsi üzərində ciddi iş apardığı qeyd edib.

Sədr qeyd edib ki, Xəzər RİH-in  və  kollektivin birgə səyi cari ildə daha böyük uğura imza atacağımıza inanırıq.

  Beeldiyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Elxan Oqtay oğlu İbrahimov kimdir?


Bakı
12-11-2025
1550