Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-02-2026 , 17:39

427

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Tədbir Binəqədi  bələdiyyəsinin təşkilatçılığı ilə keçirilib

2 Fevral–“Azərbaycan Gəncləri Günü” münasibətilə Binəqədi Rayon İcra Hakimiyyətinin və Binəqədi Rayon Bələdiyyəsinin təşkilatçılığı ilə Əsəd Ələskərov adına 244 № li tam orta məktəbdə “Bələdiyyə və Gənclər: Birlikdə Daha Güclü” mövzusunda tədbir keçirildi.

Tədbirdə Binəqədi rayon Bələdiyyəsinin sədri Mürsəl Eminov və bələdiyyə üzvləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilatı məsələlər sektorunun baş məsləhətçisi İbrahim Soltanov və sektorun böyük məsləhətçisi Leyla Quliyeva, 244 № li tam orta məktəbin direktoru Şəfa Qurbanova və müəllim kollektivi, şagirdlər, həmçinin ictimai fəallığı ilə seçilən gənclər iştirak etdilər.

Tədbirin əsas məqsədi gənclərin milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər, fəal və təşəbbüskar ruhda formalaşmasını təşviq etmək, onların cəmiyyətin sosial-iqtisadi və mədəni inkişafında rolunu ön plana çıxarmaqdan ibarət olmuşdur.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsindən və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan edildi.

Çıxışlar zamanı ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasəti, gənclərə göstərilən diqqət və qayğı, eləcə də onların gələcək inkişaf perspektivləri barədə ətraflı məlumat verildi, gənclərin cəmiyyət həyatında fəal iştirakının vacibliyi vurğulandı. Çıxış edənlər müstəqil Azərbaycan gəncliyinin keçdiyi tarixi inkişaf yolundan bəhs edərək, Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş və bu gün uğurla davam etdirilən dövlət gənclər siyasətinin Azərbaycanda gənc nəslin mənəviyyatca zəngin, vətənpərvərlik ruhunda tərbiyəsi, gənclərin hərtərəfli inkişafı və ölkə həyatında fəal iştirakı üçün mühüm zəmin yaratdığını qeyd etdilər. Ulu Öndərin siyasi kursunun davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ölkə gənclərinə göstərilən diqqət və qayğıdan danışaraq, bu sahədə qəbul edilən Fərman və Sərəncamların, dövlət proqramlarının əhəmiyyətini vurğuladırlar. Bildirildi ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti yeni nəslin intellektual və innovativ potensialının reallaşmasına hərtərəfli imkan yaratmaqla yanaşı, eyni zamanda, dərin vətənpərvərlik ruhu formalaşdırmışdır. Vətən müharibəsində əldə edilən Zəfər gənclərin cəsurluğu, Vətən sevgisi ilə qazanılıb və onların ucaldığı şəhidlik mərtəbəsi gələcək nəsillər üçün fədakarlıq nümunəsi yaradıb. Çıxışlarda, habelə son illərdə əldə edilən nailiyyətlərə, tələbələrin elmi fəaliyyətinə, yerli və beynəlxalq yarışlardakı uğurlarına toxunuldu.

Tədbirin sonunda müxtəlif sahələrdə fərqlənən və fəallığı ilə seçilən gənclərə Fəxri Fərman və hədiyyələr təqdim edildi.

Sonda xatirə fotosu çəkildi.

Binəqədi bələdiyyəsi 






Rəylər

0 Rəy


Rəy yaz