Tədbir Binəqədi bələdiyyəsinin təşkilatçılığı ilə keçirilib
2 Fevral–“Azərbaycan Gəncləri Günü” münasibətilə Binəqədi
Rayon İcra Hakimiyyətinin və Binəqədi Rayon Bələdiyyəsinin təşkilatçılığı ilə
Əsəd Ələskərov adına 244 № li tam orta məktəbdə “Bələdiyyə və Gənclər: Birlikdə
Daha Güclü” mövzusunda tədbir keçirildi.
Tədbirdə Binəqədi rayon Bələdiyyəsinin sədri Mürsəl Eminov və
bələdiyyə üzvləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilatı məsələlər
sektorunun baş məsləhətçisi İbrahim Soltanov və sektorun böyük məsləhətçisi
Leyla Quliyeva, 244 № li tam orta məktəbin direktoru Şəfa Qurbanova və müəllim
kollektivi, şagirdlər, həmçinin ictimai fəallığı ilə seçilən gənclər iştirak
etdilər.
Tədbirin əsas məqsədi gənclərin milli-mənəvi dəyərlərə
bağlı, vətənpərvər, fəal və təşəbbüskar ruhda formalaşmasını təşviq etmək,
onların cəmiyyətin sosial-iqtisadi və mədəni inkişafında rolunu ön plana
çıxarmaqdan ibarət olmuşdur.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsindən
və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi
bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin
bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan edildi.
Çıxışlar zamanı ölkəmizdə həyata keçirilən dövlət gənclər
siyasəti, gənclərə göstərilən diqqət və qayğı, eləcə də onların gələcək inkişaf
perspektivləri barədə ətraflı məlumat verildi, gənclərin cəmiyyət həyatında fəal
iştirakının vacibliyi vurğulandı. Çıxış edənlər müstəqil Azərbaycan gəncliyinin
keçdiyi tarixi inkişaf yolundan bəhs edərək, Ümummilli Lider Heydər Əliyev tərəfindən
təməli qoyulmuş və bu gün uğurla davam etdirilən dövlət gənclər siyasətinin Azərbaycanda
gənc nəslin mənəviyyatca zəngin, vətənpərvərlik ruhunda tərbiyəsi, gənclərin hərtərəfli
inkişafı və ölkə həyatında fəal iştirakı üçün mühüm zəmin yaratdığını qeyd
etdilər. Ulu Öndərin siyasi kursunun davamçısı olan Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva
tərəfindən ölkə gənclərinə göstərilən diqqət və qayğıdan danışaraq, bu sahədə qəbul
edilən Fərman və Sərəncamların, dövlət proqramlarının əhəmiyyətini
vurğuladırlar. Bildirildi ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti
yeni nəslin intellektual və innovativ potensialının reallaşmasına hərtərəfli
imkan yaratmaqla yanaşı, eyni zamanda, dərin vətənpərvərlik ruhu
formalaşdırmışdır. Vətən müharibəsində əldə edilən Zəfər gənclərin cəsurluğu, Vətən
sevgisi ilə qazanılıb və onların ucaldığı şəhidlik mərtəbəsi gələcək nəsillər
üçün fədakarlıq nümunəsi yaradıb. Çıxışlarda, habelə son illərdə əldə edilən
nailiyyətlərə, tələbələrin elmi fəaliyyətinə, yerli və beynəlxalq yarışlardakı
uğurlarına toxunuldu.
Tədbirin sonunda müxtəlif sahələrdə fərqlənən və fəallığı ilə
seçilən gənclərə Fəxri Fərman və hədiyyələr təqdim edildi.
Sonda xatirə fotosu çəkildi.
Binəqədi bələdiyyəsi
Rəylər
0 Rəy