Rizvan Rəhimov: “Son üç ildə yanvar ayı üzrə büdcə gəlirlərini üç dəfəyədək artırmışıq”
“Bələdiyyənin vergi xidməti olaraq əsas vəzifəmiz büdcə gəlirlərini artırmaqdır. Bunun üçün təkmilləşdirilmiş BAMS proqramının verdiyi imkanlarla yanaşı, vergi müfəttişlərinin potensialından istifadə edərək qarşımıza qoydyğumuz hədəfə doğru irəliləyirik”- bu fikirləri Belediyye.infoya Xəzər rayonu Şüvəlan bələdiyyəsinin Vergi xidmətinin rəhbəri Rizvan Rəhimov deyib.
Rizvan Rəhimov
deyib ki, sədr Telman Süleymanovun təşkilatçılığı ilə vergi xidməti büdcə gəlirlərində
ciddi artıma nail ola bilib.
Belə ki, 2023-
cü ilin yanvar ayında ümumi olaraq 10.381
manat olmaqla 8.968 manat əmlak, 1.413 manatlıq torpaq vergisi, 2024 -cü ildə ümumi
olaraq 11.775 manat olmaqla 10.365 manatlıq əmlak, 1.409 manatlıq torpaq
vergisi , 2025- ci ildə ümumi 23.378 manat olmaqla 17.965 manatlıq əmlak, 5.403
manatlıq topaq vergisi əldə edilmişdirsə, cari ilin yanvar ayı ərzində bu rəqəm
ümumi olaraq 31.637 manat olmaqla 19.418 əmlak vergisi, 12.219 manatlıq torpaq vergisi əldə olunub. Bu isə 2023-cü illə müqayisədə 204 faiz, 2024-
cü illə müqyisədə 168 faiz, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 35.3
faizlik artım deməkdir.
Göründüyü
kimi, vergi xidməti son üç il ərzində yanvar ayı üzrə büdcə gəlirlərini üç dəfəyədək
artıra bilib. Görülən işlər kollektivin gərgin əməyi sayəsində əldə olunub.
Cari ildə isə hədəfimiz 400 min manatlıq büdcə gəliri əldə etməkdir. Bələdiyyə
sədri Telman Süleymanovun rəhbərliyi və müvafiq qurumların dəstəyi ilə inanırıq
ki, hədəfə çatacağıq.
Onu da əlavə
edim ki, əldə olunan hər bir manat sonda vətəndaşın
qaldırdığı problemin həllinə yönəldirlir. Odur ki, qəsəbədə vətəndaş məmnunluğun
təmin edilməsinə Şüvəlan bələdiyyəsi də bundan sonra da öz töhfəsini layiqincə verəcəkdir.
Belediyye.info
Rəylər
0 Rəy