Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-02-2026 , 11:31

453

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Rizvan Rəhimov: “Son üç ildə yanvar ayı üzrə büdcə gəlirlərini üç dəfəyədək artırmışıq”

“Bələdiyyənin vergi xidməti olaraq əsas vəzifəmiz büdcə gəlirlərini artırmaqdır. Bunun üçün təkmilləşdirilmiş BAMS proqramının verdiyi imkanlarla yanaşı, vergi müfəttişlərinin potensialından istifadə edərək qarşımıza qoydyğumuz hədəfə doğru irəliləyirik”- bu fikirləri Belediyye.infoya Xəzər rayonu Şüvəlan bələdiyyəsinin Vergi xidmətinin rəhbəri Rizvan Rəhimov deyib.

Rizvan Rəhimov deyib ki, sədr Telman Süleymanovun təşkilatçılığı ilə vergi xidməti büdcə gəlirlərində ciddi artıma nail ola bilib.

Belə ki, 2023- cü ilin yanvar ayında ümumi  olaraq 10.381 manat olmaqla 8.968 manat əmlak, 1.413 manatlıq torpaq vergisi, 2024 -cü ildə ümumi olaraq 11.775 manat olmaqla 10.365 manatlıq əmlak, 1.409 manatlıq torpaq vergisi , 2025- ci ildə ümumi 23.378 manat olmaqla 17.965 manatlıq əmlak, 5.403 manatlıq topaq vergisi əldə edilmişdirsə, cari ilin yanvar ayı ərzində bu rəqəm ümumi olaraq  31.637 manat olmaqla  19.418 əmlak vergisi,  12.219 manatlıq torpaq vergisi əldə olunub.  Bu isə 2023-cü illə müqayisədə 204 faiz, 2024- cü illə müqyisədə 168 faiz, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 35.3 faizlik artım deməkdir.

Göründüyü kimi, vergi xidməti son üç il ərzində yanvar ayı üzrə büdcə gəlirlərini üç dəfəyədək artıra bilib. Görülən işlər kollektivin gərgin əməyi sayəsində əldə olunub. Cari ildə isə hədəfimiz 400 min manatlıq büdcə gəliri əldə etməkdir. Bələdiyyə sədri Telman Süleymanovun rəhbərliyi və müvafiq qurumların dəstəyi ilə inanırıq ki, hədəfə çatacağıq.

Onu da əlavə edim ki, əldə olunan hər bir  manat sonda vətəndaşın qaldırdığı problemin həllinə yönəldirlir. Odur ki, qəsəbədə vətəndaş məmnunluğun təmin edilməsinə Şüvəlan bələdiyyəsi də bundan  sonra da öz töhfəsini layiqincə verəcəkdir.    

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

18 yanvar onun günüdür

Bakı
17-01-2026
990