Xətai rayonunda Zəfər Günü münasibətilə qazilər və şəhid ailələri ilə görüş keçirilib
Xətai rayonunda 8 Noyabr - Zəfər Günü münasibətilə Xətai
Rayon İcra Hakimiyyəti, YAP Xətai rayon təşkilatı, Xətai rayon Xətai bələdiyyəsinin
təşkilatçılığı ilə qazilər və şəhid ailələri ilə görüş keçirilib.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq
Quluyev, Milli Məclisin deputatları Zahid Oruc, Vüqar Rəhimzadə, Qüdrət Həsənquliyev,
Pərvanə Vəliyeva, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, rayon
hüquq-mühafizə orqanlarının rəhbərləri, Vətən Müharibəsi Qəhrəmanları Zaur
Hüseynov, Zaur Quliyev, C.Naxçıvanski adına Hərbi Liseyin müdavimləri, şəhid
ailələri, qazilər iştirak ediblər.
Tədbirdə çıxış edən Xətai rayon İcra Hakimiyyəti başçısı
Rafiq Quluyev Zəfər Günü münasibətilə hər kəsi təbrik edərək qeyd edib ki, Ali
Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi, böyük siyasi iradəsi, möhtəşəm
diplomatik addımları ilə Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində
böyük qələbə qazanması və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi müasir
tariximizin ən parlaq və şanlı səhifəsidir. Torpaqlarımızın azad olunmasında fədakarlıq
göstərən hər bir kəs xalqımız üçün əzizdir. Həyatları bahasına bizə qələbə
sevinci yaşadan şəhidlərimiz Azərbaycanda şəhid anlayışına münasibəti tamamilə
dəyişdi. Biz artıq məğlub deyilik, qalib ölkənin vətəndaşlarıyıq. Aldığımız hər
nəfəsdə, atdığımız hər addımda həm bundan əvvəl verdiyimiz şəhidlərin, həm də Vətən
müharibəsi şəhidlərinin və qazilərinin haqqı var. Nə etsək də, borclarından
çıxa bilməyəcəyik, lakin heç vaxt unutmayacağıq.
Digər çıxış edənlər bildiriblər ki, Böyük Zəfər ulu öndər
Heydər Əliyev siyasətinin, onun ölməz ideyalarının təntənəsi və Ali Baş
Komandan İlham Əliyevin qətiyyətinin parlaq təcəssümüdür. Bu gün işğaldan azad
olunmuş bütün ərazilərdə Prezidentin şəxsi nəzarəti altında böyük miqyasda
quruculuq və yenidənqurma işləri aparılır, "Böyük Qayıdışa dair Dövlət
Proqramı" uğurla icra olunur. Qarabağ ölkəmizin ideoloji-siyasi mərkəzinə,
beynəlxalq tədbirlərin və görüşlərin keçirildiyi məkana çevrilib.
Tədbirdə dövlət tərəfindən şəhid ailələri, müharibə əlilləri
və hərbi qulluqçulara göstərilən diqqət və qayğıdan danışılıb, buna görə ölkə rəhbərinə
təşəkkürlər ünvanlanıb.




Rəylər
0 Rəy