Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

12-09-2025 , 00:23

1360

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Əziz Zeynalov: “Bələdiyyənin uğuru  yalnız kollektivin birgə fəaliyyəti ilə əldə oluna bilər”


“Bələdiyyənin üzləşdiyi çətinliklərin həlli bu qurumların inkişafına göstərilən kompleks yanaşmadan keçir. Ancaq bu yanaşmanı ilk növbədə bələdiyyənin kollektivi özü göstərməlidr. Yalnız  bu halda uğurdan danışmaq olar” -bu fikirləri Nəsimi bələdiyyəsinin sədri Əziz Zeynalov deyib.

Sədr qeyd edib ki, bələdiyyənin kompleks inkişafı yerli təsərrüfatların səmərəliliyinin artırılması, sosial-mədəni və ekoloji məsələlərin həlli, habelə əmək, təbii və digər yerli ehtiyatlardan lazımı səviyyədə istifadə etməklə vətəndaşların həyat və istirahəti üçün zəruri şərtlərin yerinə yetirilməsi məqsədlərinə xidmət edir.

Sədr   daha sonra qeyd edib ki, bələdiyyənin uğur və nailiyyəti  yalnız kollektivin birgə fəaliyyəti ilə əldə oluna bilər. Odur ki, Nəsimi bələdiyyəsinin çoxsaylı kollektivi bu istiqamətdə əzmlə çalışır.

Bir tərəfdən bələdiyyəyə müraciət edən vətəndaşlarla, digər tərəfindən bələdiyyə qulluçularının vergi ödənişi ilə bağlı sakinlərlə keçirdiyi görüşlərdə bələdiyyənin fəaliyyəti barəsində söhbətlərin aparılması, nəticə etibari ilə bələdiyyənin çəki və nüfuzunun artmasına müsbət mənada öz təsirini göstərmiş olur. Məhz bu görüşlərin, maarifləndirici söhbətlərin, habelə yenilənmiş BAMS-proqramının yaratdığı şəraitdən uğurlu istifadənin nəticəsidir ki, son beş il ərzində büdcə gəlirlərində dörd dəfəyədək artım müşahidə olunub.  Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Qəsəbə ahilları ziyarət olunub

Bakı
01-10-2025
1021

27 Sentyabr- Anım Günü...

Bakı
27-09-2025
1117