Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

01-11-2026 , 14:10

133

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Sumqayıt
- +

Nərmin Mehdiyeva:  “Son iki ildə Sumqayıt bələdiyyəsinin vergi xidmətində tətbiq edilən yeniliklər büdcə gəlirlərini artırmağa yönəlib”

Bununla bağlı son iki ildə Sumqayıt Bələdiyyəsi tərəfindən yerli büdcə gəlirlərinin artırılması və bələdiyyə mülkiyyətindən istifadənin iqtisadi səmərəliliyinin yüksəldilməsi məqsədilə icarə münasibətlərinin tənzimlənməsində yeni yanaşma tətbiq edilib. Əsas yeniliklərdən biri icarə müqavilələrinin bağlanmasında qısamüddətlilik prinsipinə üstünlük verilməsidir. Belə ki, əvvəlki illərdə uzun müddətə və aşağı icarə haqları ilə bağlanmış müqavilələr iqtisadi şəraitin dəyişməsi, inflyasiya və bazar qiymətlərinin artması fonunda bələdiyyənin maliyyə maraqlarına uyğun gəlmir. Uzunmüddətli müqavilələrdə icarə haqlarının illərlə dəyişməz qalması bələdiyyə mülkiyyətinin real iqtisadi dəyərindən aşağı qiymətlərlə istifadəsinə və nəticə etibarilə yerli büdcənin potensial gəlirlərinin məhdudlaşmasına səbəb olur.

Belediyye.infoya açıqlamasında Sumqayıt bələdiyyəsinin sədr müavini Nərmin Mehdiyeva  daha sonra deyib ki, məhz bu amillər nəzərə alınaraq yeni icarə müqavilələrinin bağlanmasında daha qısa müddətlərə üstünlük verilir. Bu yanaşma müqavilə müddəti başa çatdıqdan sonra mövcud iqtisadi şəraitə, qüvvədə olan tariflərə və bazar qiymətlərinə uyğun yeni icarə şərtlərinin müəyyənləşdirilməsinə imkan yaradır. Eyni zamanda, əvvəlki illərdə bağlanmış aşağı qiymətli icarə müqavilələrinin təhlili aparılır, onların müddətləri və hüquqi şərtləri nəzərdən keçirilir. Müqavilələrin yenilənməsi və icarə haqlarına yenidən baxılması qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirilir.

Bizim əsas prinsipimiz ondan ibarətdir ki, bələdiyyə mülkiyyəti uzun illər ərzində iqtisadi reallıqlara uyğun olmayan qiymətlərlə istifadədə saxlanılmamalıdır. Bələdiyyə torpaqlarından və digər əmlakından istifadə həm qanunvericiliyin tələblərinə, həm də yerli büdcənin iqtisadi maraqlarına uyğun təşkil edilməlidir. Bu yanaşma bələdiyyə mülkiyyətinin idarə olunmasında maliyyə itkilərinin qarşısının alınmasına, icarə gəlirlərinin artırılmasına və yerli büdcənin dayanıqlı gəlir mənbələrinin formalaşdırılmasına xidmət edir.

Digər mühüm yenilik isə bələdiyyə xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində atılan addımlardır. Artıq bir aya yaxındır ki, “e-bələdiyyə” elektron platforması istifadəyə verilib. Sumqayıt Bələdiyyəsi olaraq bu platformadan istifadənin genişləndirilməsi məqsədilə rəsmi sosial şəbəkə hesablarımız vasitəsilə vətəndaşlar arasında mütəmadi məlumatlandırma və maarifləndirmə işləri aparırıq. Vətəndaşları elektron platformanın imkanlarından yararlanmağa, öz vergi borcları, tədiyə bildirişləri və şəxsi hesabları barədə məlumatları elektron qaydada əldə etməyə təşviq edirik. “e-bələdiyyə” platformasının istifadəyə verilməsi Sumqayıt Bələdiyyəsinin inzibati ərazi hüdudları daxilində vergi ödəyicilərinin öz vergi öhdəlikləri və şəxsi hesab məlumatlarına birbaşa çıxış imkanlarını genişləndirir. Bu isə vətəndaşların bələdiyyəyə fiziki müraciət etmədən zəruri məlumatları əldə etməsinə, vaxt itkisinin azaldılmasına və xidmətlərin daha operativ təşkilinə şərait yaradır.

Sədr müavini qeyd edib ki, göründüyü kimi, son iki ildə Sumqayıt bələdiyyəsinin vergi xidmətində tətbiq edilən yeniliklər büdcə gəlirlərini artırmağa yönəlib.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər