Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-10-2026 , 15:20

274

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Mingəçevir bələdiyyəsində görüş keçirilib


Mingəçevir bələdiyyəsində sədr Anar İsmayılovun “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri, Belediyye.info portalının təsisçisi Vüqar Tofiqlinin iştirakı ilə görüş keçirilib.

Görüşdə bələdiyyənin üzləşdiyi mövcud problemlər, onların aradan qaldırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub. Eyni zamanda, indiyədək  Mingəçevir bələdiyyəsinin əldə etdiyi nailiyyətlər, həyata keçirilən tədbirlər və fəaliyyətin daha da təkmilləşdirilməsi imkanları diqqət mərkəzində olub.

Söhbət zamanı mövcud problemlərin həlli üçün müvafiq addımların atılmasının, fəaliyyətin səmərəliliyinin artırılmasının və qarşıya qoyulan məqsədlərə nail olmaq üçün birgə səylərin vacibliyi vurğulanıb.

Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində keçib, gələcək fəaliyyət istiqamətləri və görüləcək işlərlə bağlı müzakirələr aparılıb.

Görüşün sonunda xatirə şəkli çəkilmiş və  qarşılıqlı hədiyyələr təqdim edilmişdir. 

Belediyye.info






Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər