İsmayıl Rəsulov: “Cari ildə maliyyə imkanlarının genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər davam etdiriləcəkdir”
Sədr
bildirib ki, yanvar ayı üzrə əmlak vergisi üzrə daxilolmalar 10.940 manat təşkil
etmişdir. Qeyd edilməlidir ki, 2025-ci ilin yanvar ayında bu göstərici 0,00
manat olmuşdur. Torpaq vergisi üzrə yığım 13.957 manata çatmış, ötən ilin analoji
dövründə isə cəmi 423 manat olmuşdur ki, bu da təxminən 32 dəfə artım deməkdir.
Bələdiyyə mülkiyyətinin icarəsindən əldə olunan gəlirlər 11.338 manat olmuşdur. Müqayisə üçün
qeyd edək ki, 2025-ci ilin yanvar ayında bu məbləğ 2.212 manat təşkil etmiş, yəni təxminən
5 dəfə artım müşahidə edilmişdir.
Ümumilikdə, 2026-cı ilin yanvar ayı ərzində bələdiyyənin
ümumi gəlirləri 36.236
manat olmuşdur. Halbuki 2025-ci ilin eyni dövründə bu rəqəm cəmi 2.770 manat idi. Beləliklə,
artım 33 466 manat və ya 13 dəfədən çox olmuşdur.
Sədr qeyd edib ki, qarşıdakı dövrdə də maliyyə imkanlarının genişləndirilməsi və bələdiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər davam etdiriləcəkdir.
Belediyye.info
Rəylər
0 Rəy